Türkmənistanın qapıları döyülür
Yusif Nəzərli
17:20 13.09.2022
Aktual
419
Rusiya öz qazını bu ölkə üzərindən Pakistan və Hindistan bazarlarına çıxarmaq istəyir
Rusiya Avropaya qazın nəqlini azaltmaq məcburiyyətində qaldıqdan sonra yeni bazarlar axtarmağa başlayıb. Əsas alternativ bazar Çindir. Rusiya Sibirdən Çinə boru xətti çəkib və ikincisini də inşa etmək istəyir. Kreml başqa qonşu ölkələrlə də bu sahədə əməkdaşlığı genişləndirməyə çalışır. Belə ölkələrdən biri Türkmənistandır. Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller bir müddət əvvəl Aşqabada gedərək ölkə rəhbərliyi ilə fikir mübadiləsi aparıb. Miller Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovla enerji sahəsindəki əməkdaşlıq məsələlərini müzakirə edib. Rusiya Türkmənistan üzərindən Cənubi Asiya ölkələrinə qaz nəql etmək istəyir. Bunun üçün Türkmənistanın qaz infrastukturundan istifadə ediləcək. Bu ideyanı gerçəkləşdirmək üçün yeni boru xətləri də çəkilməlidir.
Politoloq Elxan Şahinoğlu bildirib ki, Kremlin Türkmənistana ehtiyacı yaranıb. Analitikə görə, Rusiya Prezidenti Vladimir Putinin keçmiş türkmən həmkarı Qurbanqulu Berdıməhəmmədova orden verməsi təsadüfi deyil:
"Görünür, Putin hesab edir ki, hazırkı prezident atasının məsləhəti ilə dövləti idarə edir. Rusiya qazının Türkmənistan ərazisindən Cənubi Asiya ölkələrinə nəqli təklifinə Aşqabadın necə cavab verəcəyi bəlli deyil. Türkmənistan özü qaz ölkəsidir və yeni bazarlar axtarır. Türkmənistan İran üzərindən Azərbaycana qaz nəql edir və türkmən qazı Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çatdırılmağa başlanıb. Avropa daha çox türkmən qazının nəqlini istəyir. Ancaq bunun mümkün olması üçün Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Bu isə Rusiya və İranın əngəllərinə görə mümkün deyil. Türkmənistanın özü də dənizin dibi ilə boru xəttinin çəkilişınə maraq göstərmir. Bu isə Rusiyanın maraqlarına cavab verir.
Rusiyanın özü də Türkmənistandan qaz alır. Kremlin məqsədi başqa ölkələrin Türkmənistanda mövqelərinin möhkəmlənməsinə mane olmaqdır. Ancaq Avropa bazarını itirməkdə olan Rusiyanın Türkmənistan qazını alması çətinləşib. Rusiya türkmən qazını alıb Avropaya satırdı. Hazırda isə Rusiya öz qazını Avropaya sata bilmir. Türkmənistan və Rusiya Çinə qaz satırlar. Əslində Rusiya və Türkmənistan Çin bazarında rəqibdirlər".
E.Şahinoğlu bəyan edib ki, Rusiya Türkmənistan üzərindən Pakistan və Hindistan bazarlarına da çıxış imkanı əldə etmək istəyir:
"Siyahıda Əfqanıstan da var. Rusiyanın Türkmənistandakı səfiri Aleksandr Bloxin “Qazprom” sədrinin Aşqabada səfərindən bir neçə gün sonra açıqlama verərək iki ölkənin qaz bazarında bir-birinə rəqib olmadığını iddia edib: “Biz əməkdaşlıq edirik. Rusiya Türkmənistandan müəyyən həcmdə qaz alır. Bu, hər iki dövlətin maraqlarına cavab verir”. Səfirin sözlərinə görə, Avropaya qaz nəqlini dayandırdıqdan sonra Rusiya və Türkmənistan üçün əsas bazarlardan biri Çindir. Rusiyanın Türkmənistandakı səfiri Aşqabadın əvəzinə də açıqlamalar verib. Səfir demək istəyib ki, Rusiya bəlli səbəblərdən Türkmənistandan qaz ala bilməyəcəksə, hər iki ölkə qazın tamamını Çinə istiqamətləndirəcəklər. Türkmənistan onsuz da Çinə qaz ixrac edir. Ancaq Aşqabad Avropa bazarına da çıxış əldə etmək istəyir. Rusiyanın səfiri isə Aşqabadı xəbərdar edir ki, “Avropa bazarını unudun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya