Ukrayna ombudsmanı: "Təyyarədə onlarla insanın olmasına şübhə edirəm"
Ukrayna ombudsmanı: "Təyyarədə onlarla insanın olmasına şübhə edirəm"
10:41 25.01.2024
Aktual
342
Rusiyanın iddia etdiyi kimi, Belqorod yaxınlığında qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsində onlarla insanın ola biləcəyinə dair heç bir əlamət yoxdur.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Ombudsmanı Dmitri Lubinets telemarafonun efirində deyib.
O bildirib ki, yanvarın 24-də Rusiya ilə əsir mübadiləsi aparılmalı idi: “Hərbi əsirlər mübadilə prosesi ölkəyə qayıdana qədər onların təhlükəsizliyi ilə bağlı bütün məsuliyyəti qarşı tərəf daşıyır”.
Ombudsmanın sözlərinə görə, hadisə ilə bağlı beynəlxalq araşdırma başlanmalıdır: “Biz şəffaf beynəlxalq araşdırma tələb edirik. Bu gün mən BMT-yə, Qızıl Xaç Komitəsinə məktublar göndərəcəm. Biz onları artıq hazırlayırıq”.
D.Lubinets söyləyib ki, Ukrayna istintaqa öz töhfəsini verəcək və həm beynəlxalq, həm də yerli ekspertləri prosesə cəlb etməyə çalışacaq: “Qəza zamanı İl-76 təyyarəsində kimin olduğu hələlik məlum deyil. Orada onlarla insanın olmasına şübhə edirəm. Cəsədlər olsa idi, Rusiya bununla bağlı fotoşəkil və video yayar, həmin dəlillərdən istifadə edərdi. Biz təyyarədə bu qədər insanın olduğuna dair heç bir əlamət görmədik”.
Xatırladaq ki, təyyarə qəzası nəticəsində göyərtədə olan 75 nəfərin hamısı ölüb. Rusiya tərəfinin məlumatına görə, təyyarədə ukraynalı hərbi əsirlər aparılırmış. Təyyarənin hər iki "qara qutusu" tapılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm