
Ülviyyə Zülfiqar: Qoşulmama Hərəkatını Qərbi azərbaycanlıların qayıdışına dəstəyi mühim əhəmiyyət kəsb edir
12:14 08.04.2025
Aktual
510
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 6 aprel 2025-ci il tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilmiş IV konfransında qəbul edilmiş bəyannamədə Qərbi Azərbaycan İcmasının öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış səylərinə dəstək ifadə olunub. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. Qeyd edilib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bu qərarı bütövlükdə Qoşulmama Hərəkatının, o cümlədən, onun Parlament Şəbəkəsinin Bandunq Prinsiplərinə sadiqliyini və Qərbi Azərbaycana qayıdışın beynəlxalq sülh və ədalətə xidmət edən mövzu kimi qəbul edilməsini bir daha göstərir.
Bəyanatda vurğulanıb ki, Qərbi Azərbaycan İcması sərgilədiyi ədalətli mövqeyə görə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə və Parlament Şəbəkəsinə sədrlik edən Azərbaycan Respublikasının Milli Məclisinə təşəkkür edir.
Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri - Mətbuat Katibi Ülviyyə Zülfiqar “Sherg.az”a bildirib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin IV konfransında ifadə olunan dəstək Qərbi azərbaycanlıların geri qayıdışı istiqamətində aparılan işdə mühim əhəmiyyət kəsb edir:

“Bundan əvvəl də beynəlxalq təşkilatlar tərəfindən belə dəstəklər nümayiş olunub. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 57 dövləti Qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı dəstəyini göstərib. Yəni qayıdışla bağlı aparılan uğurlar biri-birini əvəz edir. Qərbi Azərbaycan İcması da əldə olunan bütün uğurları dəstəkləyir. Sözügedən uğurların hər biri Qərbi azərbaycanlıların geri qayıdışı istiqamətində verilən mənəvi köməyin nəticəsidir. Eyni zamanda bu uğurlar Azərbaycan dövləti, prezident İlham Əliyev tərəfindən göstərilən qətiyyətlə bağlıdır. Məlum olduğu kimi Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Qərbi azərbaycanlıların qayıdışı mütləq şəkildə baş tutmalıdır. Bununla əlaqədar Qərbi Azərbaycan İcması olaraq dəstək verən bütün subyektlərlə yanaşı dövlətlərə və beynəlxalq qurumlara minnətdarlığımızı bildiririk və bu istiqamətdə aparılan naliyyətlərin davamlı olacağına inanırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm