
Vaşinqtonun imici: ABŞ ordusu İrqdan çıxır?
10:29 25.01.2024
Aktual
414
ABŞ və İraq tezliklə Amerika qoşunlarının bu ölkədən çıxarılması ilə bağlı danışıqlara başlayacaq.
Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
“Amerika və İraq yüksək hərbi komissiya çərçivəsində dialoqa başlamaq üçün razılaşmaya yaxındır. Bu görüşdə gələcək addımların müəyyənləşdirilməsi gözlənilir. Vaşinqton qoşunların çıxarılması cədvəlində İraqdakı mövcud vəziyyət, hökumət və təhlükəsizlik qüvvələrinin sabitlik dərəcəsinin nəzərə alınmasını istəyir. Öz növbəsində İraq rəhbərliyi hesab edir ki, qoşunların çıxarılması tarixləri heç bir vəziyyətdən asılı olmamalıdır”, - mənbə bildirib.
ABŞ ordusunun İraqdan çıxarılması barədə "Sherg.az"ın suallarını cavablandıran hərbi-siyasi ekspert Həşim Səhrablı bu addımın bölgədə yaşanan hadisələrlə bağlı olduğunu söyləyib:

"Belə ki, İsrail Fələstin münaqişəsi yenidən alovlanandan sonra Yaxın Şərqdə hər an daha genişmiqyaslı münaqişələrin yaranması ehtimalı çoxalıb. Bu qarşıdurmalar yalnız ölkələr arasında deyil, regiondakı silahlı terror qruplaşmaları arasında da ola bilər. Məsələn Hizbullah İsrailə savaş elan edə və yaxud İranın Suriyada, İraqda dəstəklədiyi qüvvələrlə onların qarşısında dayanan birləşmələr arasında müharibələr ola bilər. Eyni zamanda Suriya, Liviya, İran, İraq dövlət səviyyəsində münaqişələrə qatıla bilərlər. Hər keçən gün bu ehtimallar daha da artır. ABŞ məsələlərə bu prizmadan yanaşır".
H.Səhrablı İraqın da ABŞ-nin hərbi qüvvələrinin ərazisindən çıxmasını istədiyini qeyd edib:
"ABŞ-nin sözügedən istək fonunda ərazidə güc istifadə edərək qalması onu təcavüzkar vəziyyətə sala bilər. Amerika və Qərb müttəfiqləri dünyaya demokratiya, azadlıq və s. kimi dəyərlərlə hökm etmək mövqeyini tuturlar. Yəni bu dəyərləri xarici siyasətlərinin bir silahı kimi istifadə edirlər. Ona görədə rəsmi Vaşiqton özünün imicinin zədələnməsini istəmir və nüfuzunu qorumaq üçün bölgədən çıxmağı qəbul etmiş ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm