
Xaotik münasibətlər: Moskva İrəvan gərginliyi pik həddə çatıb
10:25 05.03.2024
Aktual
564
“Rusiya rəsmiləri Ermənistanın günahkar olduğunu deyirlər, amma açıq şəkildə yalan danışırlar”.
Bunu keçmiş erməni deputat, politoloq Styopa Səfəryan deyib.
O bildirib ki, 2020-ci ildə Nikol Paşinyanın Kremlin müharibənin dayandırılması ilə bağlı təklifini rədd etməsi iddiaları saxtadır.
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Kreml Ermənistanın Şuşanı itirməsinin qarşısını ala bilərdi, lakin Paşinyan təklifimizi rədd etdi. Bu, doğru deyil. Fərz edək ki, S.Lavrov və onun rəhbəri Vladimir Putin düz deyirlər, oktyabrın 19-da Moskvanın həqiqətən də müharibəni dayandırmaq imkanı olub. Bəs, o zaman bunu niyə etmədilər? Şuşa itirilmədən öncə niyə döyüşləri dayandırmadılar? Bunu bacarırdılarsa, niyə elə sentyabrın 27-dən öncə müharibənin qarşısını almadılar? Deyək ki, Vladimir Putin erməni tarixini bilmir. Sergey Lavrov ki yarırus, yarıermənidir, onun hər şeydən xəbəri vardı”, – S.Səfəryan qeyd edib.
Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Antalya Diplomatik Forumunda verdiyi açıqlamalar çox kəskin və qəliz idi:

“Lavrovun çıxışı Ermənistan və Rusiya münasibətlərinin hansı xaotik həddə gəldiyini bir daha nümayiş etdirir. Bütövlükdə Rusiya və Ermənistan əlaqələrində geniş şəkildə gərginliyin olduğunu görürük. Bu aqressiya və gərginlik fonu hər keçən gün yüksək səviyyədə artmağa davam edir. Styopa Səfəryan və Ermənistan ictimai rəyində heç bir hörməti olmayan ermənistanlı politoloqların açıqlamaları reallığı əks etdirmir. Rusiyanın döyüşləri dayandırmaq kimi bir imkanı ola bilməz. Düzdür, Rusiya geosiyasi mənada önəmli siyasi güclərdən biridir. Ancaq 44 günlük Vətən müharibəsi Azərbaycanın sülhlə tamamlanmayan torpaqlarının işğaldan azad edilməsi üçün hərbi yolla baş tutması prosesi idi. Şuşasız Azərbaycanın qələbəsi isə natamam qalardı. Bu baxımdan Şuşa şəhəri müharibədə mütləq şəkildə azad ediləcəkdi. Belə olan halda Lavrovun da gerçəkliyi söyləmədiyini düşünürəm. Ermənistan ictimai-siyasi rəyində Azərbaycanın hərbi qələbəsini minimallaşdırmaq üçün bu cür uydurma və böhtanlardan istifadə edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi