Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib
13:14 23.01.2022
Aktual
826
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2022-ci il yanvarın 23-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq üçün Bakı və Naxçıvan şəhərlərində test imtahanı keçirilib.
DİM-dən Sherg.az-a verilən məlumata görə, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zallarında namizədlərin bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin edilib. Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunublar.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 3 binada təşkil olunub. İmtahanda 478 namizədin iştirakı gözlənilirdi. İmtahanının keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 5 imtahan rəhbəri, 45 nəzarətçi‑müəllim, 6 buraxılış rejimi əməkdaşı ayrılıb.
İmtahanda namizədlərə qapalı və açıq tipli tapşırıqlar (qanunvericilik və ümumi sahəvi biliklər üzrə 70, rəqəmsal, verbal məlumatlarla işləmə və mücərrəd düşünmə üzrə 20, ümumi dünyagörüşü üzrə 10 sual), həmçinin esse yazmaq üçün mövzular (dil bilikləri blokunda) təqdim olunub.
Test tapşırıqlarının cavablandırılması üçün 150, esse yazmaq üçün 90 dəqiqə vaxt ayrılıb.
Esse tapşırıqlarının yoxlanılması vaxt tələb etdiyindən imtahan nəticələri yaxın 10 gün ərzində elan olunacaq.
İmtahanda ən yüksək nəticə toplayan 100 namizəd XİN tərəfindən təşkil olunacaq müsahibə mərhələsinə dəvət ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə