Yaxın zamanda sülh müqaviləsi imzalanacaq
Yusif Nəzərli
10:24 10.09.2022
Aktual
517
Avropa da, Rusiya da bu sülhün öz diktəsi, nəzarəti altında baş verməsinə çalışır
"Dünya gücləri başa düşürlər ki, Azərbaycanla Ermənistan arasında münaqişə artıq bitib. Rəsmi Bakının "status" və ərazi məsələlərində heç bir güzəştə getməyəcəyi hamıya bəllidir"
Münaqişə sonrası nizamlanma ilə bağlı Rusiyanın Bakı və İrəvanla əməkdaşlığı, fəallığı və iş rejiminin tempi azalmayıb. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. XİN sözçüsü qeyd edib ki, son bir neçə ildə yüksək və ali səviyyədə, diplomatlar və qurumlararası və yeni formalaşdırılan təmaslar mexanizmləri səviyyəsində təmasların intensivliyi bunu bir daha təsdiq edir. O, Moskvanın Bakı və İrəvanla təmaslarının demək olar ki, gündəlik formatda baş verdiyini söyləyib: “O ki qaldı ali səviyyədə görüşlərin mümkünlüyünə, xatırladım ki, bununla bağlı prezident administrasiyası şərh verə bilər”.
Zaxarova bu günlərdə Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin Bakıda səfərdə olduğunu bildirib. Onun sözlərinə görə, rusiyalı diplomat Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması perspektivlərini müzakirə etmək üçün Bakıya gedib: “Yaxın vaxtlarda Xovayev bu məqsədlə İrəvana səfər etməyi planlaşdırır”. Zaxarova Rusiyanın üçtərəfli bəyanatların icrasına birinci dərəcəli önəm verdiyini əlavə edib: "Ümumilikdə Rusiya tərəfi Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyətlərinin xətti ilə Bakı və İrəvan arasında təmasların möhkəmlənməsi daxil olmaqla ali səviyyədə imzalanan Üçtərəfli bəyanatların icra olunmasına birinci dərəcəli önəm verir. Ardıcıl olaraq bütün səviyyələrdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qeyd olunan razılaşmaları tam həcmdə həyata keçirilsin. Bu, Cənubi Qafqazda dayanıqlı sülhün formalaşması şərtlərini təmin edəcək, hansı ki, bu, təkcə region dövlətlərinin deyil, o cümlədən onların qonşularının da maraqlarına cavab verir”.
Zaxarovanın açıqlamasını "Şərq"ə dəyərləndirən AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli deyib ki, hazırda Azərbaycan-Ermənistan münasibətləri ətrafında cərəyan edən proseslər Qərblə Rusiya arasında ciddi rəqabət yaradıb. Partiya rəsmisi qeyd edib ki, tərəflərin gah Brüsseldə, gah da Moskvada bir araya gəlməsi, müzakirələrdə Avropa ölkələri ilə yanaşı, Rusiyanın da iştirak etməsi bunun göstəricisidir:
"Dünya gücləri başa düşürlər ki, Azərbaycanla Ermənistan arasında münaqişə artıq bitib. Rəsmi Bakının "status" və ərazi məsələlərində heç bir güzəştə getməyəcəyi hamıya bəllidir. İrəvanın sülhdə maraqlı olması, Paşinyanın müsbət açıqlamaları da Avropa və Rusiyanı daha ciddi addımlar atmağa sövq edir.
Təbii olaraq Moskva çalışır ki, Cənubi Qafqazda baş verən proseslər birbaşa onun nəzarətində cərəyan etsin. Avropa da prosesin öz çətiri altında getməsini istəyir. Ümumən, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanacağı şübhəsizdir. Amma məsələ ondadır ki, sülh hansı gücün diktəsi və nəzarəti altında imzalanacaq.
Rusiya, yoxsa Avropa?! Hələlik Rusiyanın təzyiq rıçaqları, Ermənistan üzərindəki təsiri Qərbdən daha güclüdür. Ancaq Ermənistanda anti-Rusiya dalğası var və getdikcə güclənməkdədir. Qərb də bundan öz xeyrinə istifadə etmək istəyir. Lakin Moskva həqiqətən sülh istədiyi üçün aktivlik göstərmir.
Məqsədi odur ki, sülh imzalansa belə regionda təsir gücünü, nüfuzunu qoruyub saxlaya bilsin. Əslində isə Qərb də, Rusiya da qeyri-səmimidir. Rəsmi Bakı bunu gözəl bilir və iki gücün rəqabətindən istifadə edərək maraqlarımıza uyğun addımlar atır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur