
Yücel Karauz: Ermənistan silahlanmaq və qisas almaq üçün ortam yaratmaq istəyir
11:43 10.04.2025
Aktual
561
Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - nazirlikdən əlavə olunub.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz "Sherg.az"a deyib ki, Ermənistanın niyyəti səmimi, dürüst və qərəzsiz iş birliyi deyil:

"10 noyabr Üçtərəfli Bəyanatından 54-55 ay keçməsinə baxmayaraq, rəsmi İrəvan sülh üçün səmimi addımlar atmır, mina xəritələrini verməkdən boyun qaçırır. Hələ də azərbaycan xalqı və əsgərlər işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsindən əziyyət çəkir. Ermənistan türk dünyasının, Azərbaycan-Türkiyə ilə bağlı beynəlxalq nüfuzun hər yüksəlişində, uğurlu fəaliyyətlərində müxtəlif cinayət və təxribatlar törədirlər. Prezident İlham Əliyevin ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda dünyaya verdiyi mesajlar Ermənistanı narahat edib. Azərbaycanın dövlət başçısının fikirləri ermənilərin yalanlarını, maskasını açıq-aşkar ortaya qoydu. Odur ki, bundan qıcıqlandıqları üçün növbəti gün sərhədləri atəşkəsi pozdular və təxribatlar törətdilər. Bu, xoşniyyətli davranış deyil".
Ekspert qeyd edib ki, Ermənistan zaman qazanmaq, silahlanmaq, o cümlədən qisas almaq üçün ortam yaratmaq istəyir:
"Buna görə də Azərbaycanı guya müharibə istəyirmiş kimi göstərmək üçün tələ qurmağa çalışırlar. Lakin rəsmi Bakı hər zaman onların mənfur niyyətini pozur. Digər tərəfdən Azərbaycanın da bir səbri, dözüm nöqtəsi var. Heç kim bunu zorlamamalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm