Zakir Həsənov hərbi hissələrə tapşırıqlarını verib!
Zakir Həsənov hərbi hissələrə tapşırıqlarını verib!
Yusif Nəzərli
13:11 05.11.2022
Aktual
513
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən noyabrın 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Ermənistanla sərhəd bölgəsində dislokasiya olunan hərbi hissələrdə olub.
Nazir yeni istifadəyə verilmiş yerləşmə məntəqəsində yaradılan şəraitlə tanış olub. Ona məruzə olunub ki, qoşun xidmətinin yüksək səviyyədə təşkili üçün məntəqədə bütün zəruri şərait yaradılıb.
Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı, isitmə sobaları, ərazini fasiləsiz elektrik enerjisi ilə təmin edən generatorlar və günəş panelləri, eləcə də döyüş texnikasının saxlanması üçün park mövcuddur. Qışa hazırlıq məqsədilə dayaq məntəqələrində və döyüş mövqelərində maye, odun və kömür yanacağı da daxil olmaqla bütün təminat növü ilə ehtiyat yaradılıb. Şəxsi heyətin məişət şəraiti ilə tanış olduqdan sonra general-polkovnik Z.Həsənov döyüş mövqelərində xidmət edən hərbi qulluqçuların xidməti döyüş fəaliyyəti ilə tanış olub.
Müdafiə nazirinə əməliyyat şəraiti ilə bağlı məruzələr edilib.
Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Müdafiə naziri döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.
Xatırladaq ki, bundan öncə Z.Həsənov Cənub rayonlarında yerləşən hərbi hissələrə səfər etmiş və oradakı vəziyyətlə tanış olmuşdu.
Səfəri “Sherg.az”a dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu səfərlər ilk növbədə XTQ-nin cənub rayonlarında keçirilən təlimləri ilə bağlıdır:
“Bundan başqa cənab nazirin bu səfəri həm də, İran tərəfindən Azərbaycana qarşı olunan bəyanatlar fonundadır. Onun məhz cənubdakı hərbi hissələri ziyarət etməsi tapşırıqların dəqiqləşdirilməsi məqsədi daşıyırdı. Digər tərəfdən erməni silahlıları tərəfindən atəşkəsin pozulması intensiv şəkildə davam etməkdədir. Buna görə də Zakir Həsənov cənub rayonlarının ardından, işğaldan azad edilmiş rayonlarımızdakı hərbi hissələri də ziyarət edib. Çünki nazirin səfəri bir istiqamətdə olmur, ən azı bir neçə istiqamətdə baş tutur. O getdiyi bölgələrdəki hərbi hissələrə tapşırıqlarını verir. Bundan başqa təminat və təchizat məsələləri var kı, onlarla maraqlanır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mayk Tayson “Tuzlu Kahvede"
07:17 27.10.2026
Şou
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual