
Zakir Həsənov İrana gedəcək!- Ciddi sənəd imzalanacaq?
Yusif Nəzərli
10:52 24.01.2022
Aktual
757
Azərbaycanın müdafiə naziri Zakir Həsənov yanvarın 25-də İrana gedəcək. Səfər barəsində Azərbaycanın İrandakı səfiri Əli Əlizadə məlumat yayıb. "2022-ci il yaxşı başlayıb" - deyə səfir məlumatda qeyd edib.

Səfərin əhəmiyyətini "Sherg.az"a şərh edən politoloq Sədrəddin Soltan bildirib ki, Azərbaycanla-İran arasında ciddi hərbi əməkdaşlıq gözlənilmir:
"44 günlük müharibə dövründə İranın Azərbaycana qarşı mövqeyi müsbət deyildi. Lakin sonrakı diplomatik danışıqlar nəticəsində Tehran iki dövlət arasında hərbi sahədə əməkdaşlıq etmək istədiyini bildirmişdi.
Zənnimcə, müdafiə naziri Zakir Həsənov İranın təkliflərini dəyərləndirmək üçün İrana səfər edib. Bu, hərbi-diplomatik səfərdir. İran rəsmiləri ilə görüşlərin keçiriləcəyi güman edilir. Hansısa istiqamətdə əməkdaşlıq planlaşdırıla bilər.
Amma ciddi bir sənəd imzalanacağına inamım yoxdur.
Azərbaycanın İrandan silah almağı ehtimalı da azdır. İranın hansı silahları var ki Azərbaycan onu alsın? Azərbaycan ordusunun təchizatı, fəaliyyəti, taktikası, texnikası, hamısı NATO standartlarına uyğun qurulub, müasir hərbi tələblərə cavab verir".
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə