
Zelenski iqtidarında böhran: Ruslar İrəliləyirlər
12:17 04.03.2024
Aktual
532
Rusiya prezidentliyinə namizəd, Liberal Demokrat Partiyasının rəhbəri, Dumanın komitə sədri Leonid Slutski Luqanskda Avdeyevka əməliyyatında iştirak edən rusiyalı hərbçilərlə görüşüb.
Rusiya mediası xəbər verir ki, o, Avdeyevkanın nəzarətə götürülməsindən dolayı hərbçiləri təbrik edib.
Slutski vurğulayıb ki, Stalinqrad və Kursk döyüşləri Böyük Vətən müharibəsi tarixinə düşdüyü kimi, Avdeyevka əməliyyatı da “xüsusi hərbi əməliyyat”ın tarixinə həkk olunacaq.
O, həmçinin Ukraynada döyüş əməliyyatlarının bu il Rusiyanın qələbəsi ilə yekunlaşacağını bildirib.
Partiya lideri əlavə edib ki, əməliyyatların başa çatması üçün Xerson, bütün sağ sahil, Kramatorsk, Slavyansk, Svyatoqorsk və Liman “azad edilməlidir”.
Məsələ barədə “Sherg.az”a danışan AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bildirib ki, Rusiyanın cəbhədə Ukraynanı üstələməsi həqiqətdir:

“Amma Moskva çətinliklə proseslərdə qalib gəlir. Məsələn, Baxmut və Abdiyevka kiçik ərazilər olsa da, uzun müddət ərzində alındı. Həmçinin Xersonu təhvil verən zaman da Rusiya ağır zərbə almışdı. Amma indi vəziyyət həm hərbi-texniki, həm də mənəvi cəhətdən rusların xeyrinədir. Qərb Ukraynanı silahla təchiz etməyə davam etsə, yaxın vaxtlarda Rusiyanın qələbə çalacağını düşünmürəm. Amerikada Prezident seçkiləri ilə bağlı baş qarışacaq. Bu zaman isə Rusiya üçün nəzərdə tutduğu əraziləri əldə etmək daha asan olacaq. Əgər Petro Poroşenkonun dövründə azad olunan ərazilər Zelenskinin dönəmində yenidən Rusiya tərəfindən işğal edilsə, bu onun siyasi kimliyinə zərbə olacaq. Ümumiyyətlə Hərbi vəziyyətlə bağlı olaraq Zelenski Prezident seçkilərini ləğv etdi. Lakin keçmiş Prezident Poroşenko bundan narazıdır. Əgər Slavyanski ruslar tərəfindən tutulsa, Zelenskinin siyasi iqtidarı daxildən böhrana uğraya bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi