
Zəngəzur dəhlizi: Ermənistan Türkiyə ilə anlaşaraq Rusiyanı kənarda qoymağa səy göstərir?
13:47 18.10.2024
Aktual
516
Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İstanbulda “3+3” regional məsləhət platformasının üçüncü iclasında iştirak edəcək. Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, siyasi dairələrdə müxtəlif ölkələrdən səslənən bəyanatları təhlil edərək, Paşinyanın Ərdoğanla ayrıca razılaşmanın bir hissəsi kimi Orta dəhlizlə razılaşacağına dair proqnozlar irəli sürülür ki, bu da Rusiya üçün yumşaq desək, qəbuledilməzdir, çünki 9/10 noyabr tarixli sənəddə təkcə Türkiyə ilə Azərbaycanı birləşdirən Zəngəzur dəhlizindən deyil, yolların açılmasından söhbət gedir. Oktyabrın 8-də Moskvada keçirilən Putin-Paşinyan və Putin-Əliyev görüşlərindən sonra Kremlin mətbuat katibi Peskov Rusiya prezidentinin yarım saatlıq görüşlərdə Zəngəzur dəhlizi məsələsini müzakirə etdiyini bildirməsinin səbəbi budur. Dünən isə Rusiya XİN sözçüsü Zaxarova ona düzəliş edərək qeyd edib ki, Moskva Zəngəzur dəhlizi terminini istifadə etmir.
Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a söyləyib ki, burada əsas söhbət Rusiyanın təhlizdə iştirakı olmadan müəyyən razılaşmanın əldə edilməsinə yönəlib:

“Yəni Azərbaycandan Naxçıvana maneəsiz keçidin bərpa edilməsinin təmin olunmasında Rusiya prosesdən qıraqda qalsın. Bu mövzu indiyə qədər müxtəlif formalarda gündəmə gəlib. Əvvəl daha çox Kaliningrad dəmiryolu modelindən bəhs edirdilər. Qərb dövlətləri Rusiyanın regional kommunikasiyaların açılmasında iştirakını sıradan çıxarmaq istəyirdilər. Təbii ki, əsas məsələ Zəngəzur dəhlizindən gedir. Türkiyə və Azərbaycanın əsas məqsədi hər iki ölkə ilə Naxçıvan arasında maneəsiz keçidi təmin edən dəhlizin açılmasıdır. Həmin təhlükəsizlik məsələsini xarici şirkətlər də qoruya və yaxud üç ölkə arasında ortaq təhlükəsizlik sistemi də yaradıla bilər. Eyni zamanda Rusiya Ermənistana təzyiq göstərməklə yola özü də nəzarət etmək hüququ qazana bilər. Azərbaycan üçün Zəngəzur dəhlizinib təhlükəsizliyinə kimin nərazət etməsi o qədər də önəm daşımır. Ermənistanın Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq və Qərbə çıxış əldə etmək niyyətindədir. Türkiyə isə Azərbaycanla razılaşdıqdan sonra sözügüdən məsələnin həllinin vacibliyini vurğulayır. Türkiyənin burada əsas şərtlərindən biri də Zəngəzur dəhlizi ola bilər. Rusiyanın prosesdə iştirak edib-etməməsi Azərbaycanın problemi deyil. Çünki Azərbaycanın əsas məqsədi öz maraqlarının təmin olunmasıdır. Ermənistan hakimiyyəti Türkiyə ilə anlaşaraq Rusiyanı prosesdən kənarda qoymağa səy göstərir formasında iddialar irəli sürürlər. Sözegedən iddialar eyni zamanda Ermənistan daxilində siyasi təbliğat məqsədi daşıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət