10 yaşlı uşaq "intihar etməyə gedirəm" yazıb, DƏHŞƏTLİ ƏMƏL TÖRƏTDİ




Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, ötən gündən itkin düşdüyü üçün suda axtarışları aparılan uşaq 10 yaşlı Fərəcov Etibar Ramil oğludur.
Sayt yazır ki, xaraktercə əsəbi olan uşaq evdə anası ilə mübahisə etdikdən sonra hasarlarına "intihar etməyə gedirəm” yazaraq yoxa çıxıb. Evlərindən təxminən 1 km aralıdan keçən Mil-Muğan kanalında uşağın ayaqqabısının bir tayı tapıldığından, onun özünü intihar məqsədi ilə kanala atdığı ehtimal olunur.
**
13:16
Saatlı da azyaşlı uşaq kanala düşüb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Baş Muğan kanalının Saatlı rayonu, Qaralar kəndi ərazisindən keçən hissəsində azyaşlı uşağın suya düşməsi barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin KGN və SXDX-nın axtarış qrupu hadisə yerinə cəlb olunub. Axtarışlar davam etdirilir, əlavə məlumat veriləcək.