13 ölkə nümayəndələrinin iştirakı ilə 2-ci ABB Regional Hakatonu başlanıb
16:20 03.07.2021
Arxiv
429
Azərbaycan Beynəlxalq Bankının təşkilatçılığı, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji tərəfdaşlığı ilə keçirilən 2-ci ABB Regional Hakatonunun bu gün açılışı olub.
Azərbaycan Beynəlxalq Bankından APA-ya verilən məlumata görə, Hakatonda iştirak üçün Azərbaycandan başqa 13 ölkədən müraciətlər təqdim edilib. Müraciəti qəbul olunan 250-ə yaxın iştirakçıdan 30-dan çox komanda formalaşdırılıb. Hakatona Türkiyədən, Gürcüstandan, Ukraynadan, Qazaxıstandan, Rusiyadan, Kanadadan, Almaniyadan, Macarıstandan, Çindən, Hindistandan, Cənubi Afrika Respublikasından, Belçikadan, Lüksemburqdan iştirakçılar qatılıb.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Hakatonda ayrı-ayrı ölkələrdən olan müxtəlif təhsilli insanlara iştirak imkanının yaradılmasını təqdir edərək vurğulayıb ki, müxtəliflik innovativliyin vacib amilidir. Nazir innovativ mühitin üç qatdan ibarət piramida kimi təsəvvür edildiyini diqqətə çatdırıb. Sağlam idarəetmə sistemi, elm və texnologiyalara əsaslanan sənaye və real biznes problemlərini həll edən ixtiralar, eləcə də davamlı startap ekosistemi bu piramidanın mühüm qatlarıdır: “Belə bir Hakatonun keçirilməsi təşəbbüsü innovativ ideyalara malik istedadlı gənclərə dəstək olmaqla yanaşı, ölkəmizdə innovasiya ekosisteminin inkişafına da təkan verir. Həm problemlərin həllinə bu yanaşma, həm də tədbirin əsasını təşkil edən ana xətt Azərbaycanda innovasiyaya baxışımızla üst-üstə düşür”.
Rəşad Nəbiyev Azəbaycan Beynəlxalq Bankı ilə bu cür faydalı layihələrin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov isə qeyd edib ki, bu ideya marafonu Bankın ölkəmizdə innovasiyaların inkişafı istiqamətində gördüyü işlərin tərkib hissəsidir: "Ötən ilin əvvəlində ilk ABB Regional Hakatonunu uğurla keçirdik. Hakatonda iştirak edən komandalardan bir neçəsini sonradan yaratdığımız ABB İnnovasiya Mərkəzinə də cəlb etdik. Onlar Mərkəzimizin ilk rezidentlərindən oldular. Əminəm ki, ikinci hakatonumuzun bir çox iştirakçıları ilə də elə bu gündən uzunmüddətli faydalı tərəfdaşlıqlarımız başlanacaq. Azərbaycan Beynəlxalq Bankı olaraq biz hər zaman istedadların yanındayıq".
Abbas İbrahimov bildirib ki, Azərbaycan Beynəlxalq Bankı sahibkarlıq ruhunu özünün əsas korporativ dəyərlərindən kimi müəyyənləşdirib. Sahibkarlıq ruhuna sahib hər kəs həmişə inkişaf üçün yeni imkanlar axtarışındadır: “Biz də innovasiyaları bugünkü və gələcək fəaliyyətimiz üçün böyük imkanlar kimi görürük. İstedadlara dəstək verərək, tərəfdaşlarımızla birgə ümumi inkişaf ekosistemi quraraq bu məqsədə nail olmaq istəyirik”.
2-ci ABB Regional Hakatonunun əsas istiqamətləri pərakəndə xidmətlər üzrə açıq innovasiyalar, müştəri məmnuniyyəti və loyallıq həlləri ilə bağlı olacaq.
Komandalara kömək üçün onlarla dünyanın müxtəlif ölkələrindən cəlb edilmiş peşəkar mentorlar çalışacaq. Ən yaxşı layihələr mükafatlandırılacaq. 1-ci yerin qalibi üçün 3000, 2-ci yerin qalibi üçün 2000, 3-cü yerin qalibi üçün 1000 manat məbləğində mükafat nəzərdə tutulub. Xüsusi seçilmiş layihələrə strateji partnyor olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən də mükafatların verilməsi nəzərdə tutulub.
İştirakçı irəli sürdüyü ideyanın pərakəndə xidmətlər sahəsinə gələcək faydalarını göstərə bilsə, təşkilatçı tərəf ideyanın həyata keçirilməsinə dəstək verəcək. Layihələrin ABB İnnovasiya Mərkəzində inkubasiyasına şərait yaradılacaq. Seçilmiş layihələrin müəllifləri layihələrini Azərbaycan Beynəlxalq Bankı ilə birgə reallaşdırmaq imkanı qazanacaqlar.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq