3500-dən çox tələbənin işinə Ali Məhkəmədə baxılır - AÇIQLAMA
08:06 30.03.2021
Arxiv
292
Bakı İslam Universitetinə 2010-cu ilə qədər qəbul olunmuş tələbələrə Təhsil Nazirliyi tərəfindən diplom blanklarının verilməməsi ilə bağlı məsələ bir müddətdir cəmiyyətdə müzakirə olunur.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Oxu.Az-a açıqlamasında deyib ki, bu problem həmin dövrə qədər təhsil almış tələbələrin dövlət işinə qəbul edilməsinə, magistratura və doktorantura pilləsində təhsil almasına da müəyyən çətinliklər yaradır.
Təhsil Nazirliyi Bakı İslam Universitetinin 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərməsini əsas gətirir.
Nazirlik bildirir ki, həmin ali təhsil ocağına tələbə qəbulu daxili müsahibə yolu ilə aparılıb.
Məzunlara verilən diplom blanklarının Təhsil Nazirliyi tərəfindən təqdim edilməməsi, Attestasiya Komissiyasının sədrlərinin Təhsil Nazirliyi tərəfindən təyin edilməməsini əsas gətirir.
Bu səbəbdən 2010-cu ilə qədər qəbul olunmuş tələbələrə Təhsil Nazirliyi tərəfindən diplom blankları verilmir.
Deputat C.Məmmədov hesab edir ki, Təhsil Nazirliyinin mövqeyi qanunvericiliyə və konkret faktlara əsaslanır.
“Ancaq bu da reallıqdır ki, universitetin 3500-dən artıq məzunu öz diplomlarını təsdiqlədə bilmədiyindən yuxarıda qeyd etdiyim kimi dövlət qurumlarında çalışa və növbəti mərhələlərdə təhsillərini davam etdirə bilmirlər”, - deyə C.Məmmədov əlavə edib.
O bildirib ki, problemlə bağlı ortaq məxrəcə gəlinərək həll yolu tapılmalıdır.
Millət vəkili təklif edib ki, tələbələrin işlərinə fərqli yanaşılması məsələsi də nəzərdən keçirilə bilər:
“Əgər hansısa neqativ hal varsa, o məsələyə fərdi yanaşıla bilər”.
Deputat bildirib ki, hazırkı mərhələdə məhkəmə yolu ilə həll variantı aktualdır və artıq məsələyə Ali Məhkəmədə baxılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya