41 dərəcə isti: Vətəndaşlara yaş dəsmallar paylandı

Pakistanın Sind əyalətinin Karaçi şəhərində termometrlərin 41 dərəcəni göstərməsi ilə xalqı sərinlətmək üçün küçələrdə yaş dəsmal paylandı.
Pakistan Meteorologiya Dairəsi (PMD), Karaçi  şəhərində təsirli olan isti hava kütləsi səbəbiylə istinin 41 dərəcəyə çatdığını açıqladı. Sherg.az xarici media istinadən xəbər verir ki, Meteorologiya dairəsi, həddindən artıq istilərin 2 gün daha edəcəyi xəbərdarlığı edib. 
Şəhərdəki dövlət xəstəxanaları həyəcan vəziyyətinə gətirilib, gün vurmasına qarşı maraqlı tədbirlərə əl atılıb. Küçələrə  suya salınmış dəsmallar paylanıb. Pakistanlılar, yaş dəsmalları başlarına qoyaraq gün vurmasından özlərini qoruyur.
Turan