47 yaşlı kişini ilan sancıb




Göyçay sakinini ilan sancıb.

"Sherg.az"ın məlumatına görə, hadisə rayonun Şahsoltanlı kəndində baş verib.

Kənd sakini, 1972-ci il təvəllüdlü Nuriyev Hakim İslam oğlunu sahədə ilan vurub.

H.Nuriyev təcili xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.