“Çox istərdim ki, sağ ikən yubileyimin rəsmi, dövlət səviyyəsində, təntənəli keçirilməsinin şahidi olum”
“70 illik yubileyim gəlir, kimsə mənimlə maraqlanmır”
09:03 16.11.2017
Arxiv
1195
Ramiz Əzizbəyli: “Bu qədərmi Mədəniyyət Nazirliyi üçün maraqsız biri olmuşam?”
“Çox istərdim ki, sağ ikən yubileyimin rəsmi, dövlət səviyyəsində, təntənəli keçirilməsinin şahidi olum”
“Çox istərdim ki, sağ ikən yubileyimin rəsmi, dövlət səviyyəsində, təntənəli keçirilməsinin şahidi olum”
Dünən xalq artisti Ramiz Əzizbəyliyə telefon açıb səhhəti ilə maraqlandıq. "Şərq”ə danışan xalq artisti səhhəti ilə bağlı danışarkən Mədəniyyət və Turizm Nazirliyini laqeydlikdə suçladı.
- Ramiz müəllim, hər vaxtınınz xeyir. Özünüzü necə hiss edirsiz?
- Şükür Allaha, yaxşıyam. Amma yenidən xəstəxanaya getməliyəm. Müayinədən yenidən keçməliyəm. Xəstəlik elə bir prosesdi ki, bir az boş verdin, dərhal fəsad verir. Allah heç kimi xəstəliklə sınağa çəkməsin.
- Hazırda müalicəniz evdə aparılır?
- Mən bu suala cavab vermək istəmirəm. Qoy bu sualınıza susaraq cavab verim. Evdəyəm. Amma müalicəyə ehtiyacım var.
- Sizi kifayət qədər sevənlər var. Tərəf-müqabilləriniz, sənət dostlarınız sizə baş çəkirlərmi?
- Mən millətimdən razıyam. Məni sevənlər, tələbələrim gəlib baş çəkirlər. Sənət dostlarımdan razıyam. Sənətçilərin demək olar çoxu mənə baş çəkib, səhhətimlə maraqlanıblar. Hamıdan razıyam.
- Bəs Mədəniyyət və Turizm Nazirliyi necə, sizinlə bu müddətdə maraqlanıbmı? Nazirlikdən qapınıza gələn, sizə baş çəkən olurmu?
- Qətiyyən. Mənimlə Mədəniyyət və Turizm Nazirliyi maraqlanmır. İllər əvvəl bir dəfə ordan maraqlanmışdılar. Vəssalam. Son 5 ildə heç kim mənimlə maraqlanmayıb ki, ay Ramiz, səhhətin necədir, özünü necə hiss edirsən? Bizdə Mədəniyyət Nazirliyinin bizdən vacib məsələlərə başı qarışıqdı yəqin. Qarşıdan mənim 70 illik yubileyim gəlir. Mənimlə maraqlanan olmur ki, sizin 70 illik yubileyinizə hazırlaşaq.
- Arzulayırsız? Gözləyib umursuz ki, 70 illik yubileyiniz təmtəraqlı keçsin.
- Kim gözləməz ki? Kim ummaz ki? Mən illərimi sənətə, Azərbaycan mədəniyyətinin inkişafına həsr etmişəm. 70 illik yubileyim gəlir, kimsə mənimlə maraqlanmır. Sizcə, bu məni ağrıtmır? Bu qədərmi Mədəniyyət Nazirliyi üçün maraqsız biri olmuşam? Bu qədər laqeydlik nə qədər ədalətlidi? Axı mən ömrümü bu sənətə həsr etmişəm. Hələ də ümidim var, hələ də gözləyirəm ki, bəlkə Əbülfəz Qarayevin yadına Ramiz Əzizbəyli düşər. Bəlkə mənim 70 illik yubileyimlə bağlı bir tədbir hazırlanar. Sizcə, bu mənim haqqım deyil? Bəlkə də bu mənim son yubileyim olar. Ölümümdən sonra mənə dəyər verilərsə, bu mənə lazım olmayacaq. Mən sağ ikən o diqqəti görmək istəyirəm. Sənətçi sağ ikən o qayğının, diqqətin şahidi olmaq arzusu ilə yaşayır. Nə deyim ki? Sizcə, mənim dediklərimin bir mənası var.
- Türkiyədə bir müddət müalicə aldınız. Yenidən ora getmək fikriniz varmı?
- Bəli, Türkiyədə bir kurs müalicə aldım. Bursaya müalicə üçün getmişdim. O müalicənin mənə böyük təsiri oldu. Yenidən Türkiyəyə getməyi düşünürəm. Amma hələ nə zaman olacaq, onu deyə bilmərəm. Mənə dəstək olan insanlar var. Dostlarım var ki, onlar mənə maddi dəstək olublar. İnşallah, qismət olsa, yenidən gedəcəm. Amma o vaxta qədər Bakıda müalicəmi davam etməliyəm ki, xəstəlik mənə güc gəlməsin. Yaşamaq istəyirəm. Hamı yaşamaq istəyir. Amma ağrı çəkərək yaşamaq çətindi. Türkiyədə müalicədən sonra ağrılarım xeyli azaldı, özümü daha yaxşı hiss etməyə başlamışdım. Bir də insan ruhən rahat olmalıdı.
Mənim yubileyim gəlir, istər-istəməz o günün həyəcanını hiss edirəm. Çox istərdim ki, sağ ikən yubileyimin rəsmi, dövlət səviyyəsində, təntənəli keçirilməsinin şahidi olum. Bu bəlkə də mənim ömrümü uzada bilər. Ağlamağı, əl açmağı sevməyən insan olmuşam. Heç kimə ağız açıb mənə kömək edin deməmişəm. Mən kişiyə bunu yaraşdırmıram. Ona görə də həmişə qürurumla yaşamışam. Ancaq haqqım olanı tələb etmək mənə elə gəlir ki, lazımdı. Mədəniyyət və Turizm Nazirliyindən də haqqımı tələb edirəm. Mənə elə gəlir ki, 70 illik yubileyimin keçirilməsini istəməyə haqqım var.
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə