700 illik tarixi olan qılınc tapılıb

Bu günə qədər Osmanlı tarixinə aid ən qədim əsərin Orxan Qazinin dəbilqəsi olduğu düşünülürdü. Ancaq Türkiyə Milli Müdafiə Nazirliyinin araşdırması nəticəsində Mihaln Qaziyə məxsus 700 illik bir qılınc tapılıb.
Bununla bağlı açıqlamada qılıncın sahibi və tarixi barədə məlumat verib:
"Qılınc tariximiz üçün çox əhəmiyyətlidir.
Mihal Qazi Bizansın təfəkkürlü biri idi. Əsir düşəndən sonra etdiyi qəhrəmanlıq sayəsində Osman Qazi tərəfindən bağışlanıb və sonra da Abdullah adını alıb".
Təxminən 700 yaşında olduğu deyilən qılınc "Hərbiyyə Hərbi Muzeyi və Mədəniyyət Sahəsi Komandanlığı"nda sərgilənir.