Abbasqulu Şadlinskinin daha bir nəvəsi vəfat etdi
Yusif Nəzərli
10:59 16.04.2022
Arxiv
893
Ötən əsrin əvvəllərində, Sovet hakimiyyəti illərində Azərbaycanın el qəhrəmanı olmuş məşhur Abbasqulu bəy Şadlinskinin son 10 gün ərzində ikinci nəvəsi vəfat edib.
Modern.az saytının xəbərinə görə, İmişli rayonunda yaşayan Razim Şadlinski 69 yaşında dünyasını dəyişib.
O, aprelin 5-də 72 yaşında vəfat etmiş nəvə Abbasqulu Şadlinskinin qardaşıdır.
Mərhum İmişli rayonunda dəfn edilb.
Qeyd edək ki, Abbasqulu bəy Şadlinski əslən Qərbi Azərbaycanın Vedi bölgəsindəndir. O, bölgədə hörməti, sambalı olan şəxs kimi daim azərbaycanlılara arxa-dayaq durub. Ona görə də ermənilər həmişə Abbasqulu bəy Şadlinskidən çəkiniblər və həmişə onu aradan götürmək üçün məqam axtarıblar.
1918-ci ildə Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan A.Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi –"Qırmızı tabor"u təşkil etmişdi.
O, 1918-1921-ci illərdə daşnaklara qarşı mübarizə aparan "Qırmızı tabor"un komandiri olmuşdu.
Yazıçı Fərman Kərimzadənin ssenarisi əsasında çəkilmiş “Axırıncı aşırım” filminin əsas qəhrəmanlarından biri məhz Abbasqulu bəydir.
Amma filmdəki epizoddan fərqli olaraq gerçək həyatda Abbasqulu bəyi Qəmlo deyil, ermənilər öldürmüşdülər. Sovet dövründə isə bunu filmdə vermək mümkün olmadığından məsələni ört-basdır etmək üçün Kərbalayi İsmayılın, həmçinin Qəmlonun ona qarşı düşmənçilyi qabardılıb. Halbuki, Abbasqulu bəylə Kərbalayi İsmayıl və Qəmlonun heç bir ədavəti olmayıb.
Ermənilər Abbasqulu bəyi 1930-cu ilin fevralında pusquya salaraq öldürmüşdülər. Onun məzarı Qərbi Azərbaycanın Vedi rayonunda “zavodun yanı” deyilən yerdə olub. İndi yəqin ki, ermənilər həmin məzarı dağıdıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qadağa yalnız elektron siqaretlərə aiddir - Eyyub Hüseynov
17:33 03.04.2026
Aktual
Özbəkistanın qızıl ixracı kəskin şəkildə azalıb
17:24 03.04.2026
İqtisadiyyat
İran ordusu İordaniya, Küveyt və Bəhreynə zərbələr endirib
17:17 03.04.2026
Gündəm
İstanbulda Azərbaycanlı qadın rəssamların sərgisi keçirilib
17:11 03.04.2026
Mədəniyyət
Kelloqun NATO çıxışı ABŞ-ın Avropaya mesajıdır - ŞƏRH
16:55 03.04.2026
Dünya
Mirça Luçesku infarkt keçirib, reanimasiyaya yerləşdirilib
16:41 03.04.2026
Futbol
Tramp: Hörmüz boğazını asanlıqla aça bilərik
16:37 03.04.2026
Dünya
“Azərsun Holdinq” gənclərə dəstəyini davam etdirir
15:46 03.04.2026
Cəmiyyət
Azərbaycanda təxribat hallarının əhatə dairəsi genişləndirilir
15:43 03.04.2026
Cəmiyyət
Tacikistanda baş verən zəlzələ Özbəkistanı da silkələdi
15:35 03.04.2026
Hadisə
Geosiyasi gərginlik Azərbaycanda turizmi "vurdu" - EKSPERT
15:33 03.04.2026
Aktual
Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq
15:25 03.04.2026
Aktual
Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi artıb
14:47 03.04.2026
İqtisadiyyat