ABŞ İrana qarşı kibermüharibəyə başladı
10:00 23.06.2019
Arxiv
523
ABŞ prezidenti Donald Tramp İranın raket qurğularını idarə edən kompüter şəbəkələrinə kiber hücumların təşkil olunması barədə əmr imzalayıb.
"The Washington Post” qəzeti 20 iyun tarixindən başlayan bu strategiyanın kiberkomandanlıq tərəfindən həftələr, hətta aylar öncəsindən hazırlandığını yazıb.
Qəzetin xəbərinə əsasən, Pentaqon Oman körfəzində iki neft tankerinə edilən hücumdan sonra işi sürətləndirməyə qərar verib.
"The Washington Post” hücumun İranın hərbi komandanlıq və idaərçilik sistemlərinə ciddi zərbə vurduğunu, lakin bunun insan ölümünə səbəb olmadığını bildirib.
Ağ Ev hələlik yayılan informasiyanı şərh etməkdən boyun qaçırıb.
ABŞ Müdafiə nazirliyinin mətbuat katibi Elissa Smit isə "Pentaqonun kəşfiyyat xarakterli əməliyyatlarını və kiberməkandakı planlarını mətbuatla müzakirə etməyəcəklərini” söyləyib.
Qeyd olunur ki, ABŞ-ın İran İslam Keşikçiləri Korpusuna yönəlik məxfi hücumu barədə ilk xəbəri "Yahoo News” yayıb. Portalın məlumatına əsasən bununla bağlı hazırlanan xüsusi qrup Hörmüz boğazından keçən hərbi və mülki gəmiləri fasiləsiz izləyib.
Bu arada ABŞ prezidenti Donald Tramp mətbuatda yayıldığı kimi, İrana hücum əmri barədə qərarını geri çəkmədiyini deyib.
"Mən medianın yalandan xəbər verdiyi üzrə İrana zərbə vurulmasını heç vaxt təxirə salmamışam. Sadəcə həmin məsələnin olduğu yerdən tərpənməsinə imkan verməmişəm”, - deyə Ağ Ev sahibi Twitter hesabında yazıb. (Musavat.com)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi