"ABŞ kürdləri dəstəkləyir, hətta hərbi yardımlar edir" - Türkiyəyə zidd



"ABŞ-ın Türkiyəyə qarşı mövqeyi Ərdoğan Putin yaxınlaşmasından irəli gəlir".

Bunu Sherg.az-a ABŞ Mərkəzi Qüvvələri Komandanlığının (CENTCOM) sözçüsü Cozef Votelin "Türkiyənin kürd güclərinə hücum etməsi, IŞİD-lə mübarizəyə təsir edər" açıqlamasını şərh edərkən politoloq Qabil Hüseynli deyib. 

O bildirib ki, Türkiyəyə qarşı bu cür ittihamların səslənməsi rəsmi Ankaranın NATO ilə münasibətlərinin zəifləməsindən də qaynaqlanır:

"Amerika Suriya kürdlərini dəstəkləyir, hətta hərbi kömək edir. Bu günlərdə onlara texnika da göndəriblər. Türkiyə onları heç cür inandıra bilmir ki, Suriya kürdləri də PKK-nın bir qoludur. Bu təşkilatlar əlbirdirlər. Bu cəhətdən də Türkiyə ilə Amerika arasında qarşılıqlı anlaşılmazlıq yaranır”.

Qeyd edək ki, ABŞ Mərkəzi Qüvvələri Komandanlığının (CENTCOM) sözçüsü Cozef Votel, Türkiyənin Suriyanın Menbiç bölgəsində olan kürd güclərə hücum etməsinin IŞİD-ə qarşı mübarizəni çətinləşdirə biləcəyini ifadə edib.

Aysel Aslan