ABŞ məhbus və mina xəritəsi mübadiləsini alqışlayır
12:29 06.07.2021
Arxiv
463
ABŞ iyulun 3-də Azərbaycan tərəfindən 15 erməni məhbusunun sərbəst buraxılmasını və onların Ermənistana qayıtmasını alqışlayır. Ermənistanın minalardan təmizlənməni asanlaşdıracaq məlumatları Azərbaycanla bölüşmək qərarını da alqışlayırıq.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
“Bu addımlar 12 iyun tarixində Azərbaycanın erməni məhbuslarını sərbəst buraxması və Ermənistanın minalardan təmizlənməni asanlaşdırmaq üçün Azərbaycana məlumat vermək qərarından sonra baş verdi. ABŞ tərəfindən dəstəklənən və Gürcüstanın vasitəçiliyi ilə həyata keçirilən bu təşəbbüs Ermənistan və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün zəmin yaratdı. ABŞ həmçinin Rusiyanın regional sabitliyi dəstəkləmək səylərini qiymətləndirir.
Amerika Birləşmiş Ştatları bütün tutulanların geri qaytarılması və münaqişə bölgələrinin minalardan effektiv təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi çağırışlarını davam etdirir. Bölgədəki əməkdaşlığı və həll edilməmiş məsələlərin həllini dəstəkləməyə hazırıq. Biz, həmçinin, Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlara qayıtmağa və münaqişənin hərtərəfli və davamlı siyasi həlli üçün danışıqlar aparmağa çağırırıq”, - diplomatik nümayəndəlikdən bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual