ABŞ müdafiə naziri hücumdan sonra vertolyotla uçdu

Bu şəkillər beynəlxalq xəbər agentliklərinin gündəmi oldu
Həftə sonu 140 əsgərin öldürüldüyü Əfqanıstana gedən ABŞ müdafiə naziri Ceyms Mattis, paytaxt Kabildəki hərbi birliyə qeyri-adi bir ziyarət etdi. Mattisi daşıyan vertolyot uçarkən çəkilən foto şəkillər beynəlxalq xəbər agentliklərinin gündəmi oldu. Vaşinqton 2001-ci ildəki işğaldan bu yana reallaşan ən ölümcül hücumdan sonra Əfqanıstanda yeni strategiya axtarır.
Sherg.az milliyyət. com.tr-yə istinadən xəbər verir ki, ziyarət, ABŞ-ın Əfqanıstandakı terror təşkilatı IŞİD xadimlərinin saxlandığı tunellərə və mağaralara ən böyük  bombanın atılmasından iki həftə keçməmiş reallaşıb.
Reuters xəbər agentliyi Vaşinqtonun Əfqanıstana istiqamətli yeni bir strategiya axtarışında olduğunu yazıb.
9 min Amerika əsgəri və 5 min NATO əsgəriylə dəstəklənilən əfqan ordusu, ölkənin yüzdə 40 faizinə nəzarət edən Talibana qarşı ağır hücum hazırlığındadır.