Adnan Oktar erməniləri müdafiə edirdi
09:46 12.07.2018
Arxiv
589
Onun həbsinin arxasında başqa səbəblər durur
Türkiyədə əsasən "Adnan Hoca” kimi tanınan Adnan Oktar və 235 nəfər dəstəkçiləri dünən həbs olunub. A.Oktar və dəstəkçiləri kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədləri saxtalaşdırma, terrorla mübarizə qanununa zidd getmə, şantaj, böhtan, yalançı şahidlik, korrupsiya, təhsil və təhsil hüquqlarının əngəllənməsi, dələduzluqda ittiham olunur.
Maraqlı məqam ondan ibarətdir ki, A.Oktar illərdir Türkiyədə yaşayaraq, din pərdəsi altında öz mənfi ideyalarını həyata keçirirdi. Onun dırnaqarası fəaliyyətini həyata keçirməsinə qarşı bu günə qədər heç bir maneə yaradılmayıb, əksinə, lazımi şərait yaradılıb. Əvvəlki illərdə deyil, məhz bu il həbs olunması isə ayrıca sual doğurur.
Mövzu ilə bağlı "Şərq”ə danışan ilahiyyatçı Hacı Atif İsmayılov A.Oktarın erməni xalqını dəstəklədiyi üçün həbs edildiyini düşünür:
"Bu günlərdə A.Oktarla bağlı araşdırma apararkən belə bir vidoeya rast gəldim ki, bu şəxs açıq şəkildə ermənilərin tərəfində olduğunu bildirirdi. O, türk xalqı adından yanlış informasiya yayaraq deyirdi ki, biz türklər ermənilərlə həmişə qardaş olmuşuq, onlarla hər zaman bir yerdə yaşamışıq. Bu, açıq-aşkar Azərbaycan və Türkiyə arasında olan dostluq, əməkdaşlığa vurulan zərbələrdən biri sayılır. Hətta sosial şəbəkələrdə bəzi insanlar onun bu addımını şiddətli şəkildə qınayaraq dedilər ki, necə olur Türkiyə mediasında açıq şəkildə türkün düşməni sayılan ermənilər dəstəklənir?
Düşünürəm ki, onun həbsi daha çox paylaşdığı son video ilə bağlıdır. Bəlkə də həbsin arxasında başqa səbəblər də durur. Amma Türkiyədə belə bir addım atılması olduqca təqdirəlayiqdir. Çünki həmişə islam və millət pərdəsi altında sui-istifadə halları olurdu. Ümid edirəm ki, A.Oktarın həbsi belə problemlərin yaranmasının qarşısını alar”.
Kulturoloq Aydınxan Əbilov isə bildirib ki, 20-ci əsrin əvvəllərindən etibarən müxtəlif din pərdəsi adı altında siyasi dini texnologiyalar özlərini göstərməyə başlayıblar:
"Bunlar bəzən hansısa terror, milli azadlıq təşkilatının bir qolu kimi, bəzən də müxtəlif ölkələrdə siyasi dini maraqları ifadə etmək üçün yaranmış təşkilatlardır. Bu baxımdan qardaş Türkiyədə də müxtəlif təriqətlər var. Son vaxtlar bu təriqətlərlə bağlı güclü mübarizələr də aparılır. Əlbəttə, bu, Türkiyənin özünün daxili işidir. Biz nə qədər qardaş ölkə olsaq da onların daxili işinə qarışa bilmərik. Harun Yəhya ilə bağlı məsələ uzunmüddətli mübahisələrə səbəb olan dini şəbəkə idi.
Bunları bəzi hallarda massonlarla birləşdirirdilər, amma düşünürəm ki, burda daha çox şəxsi maraqlar var idi. Dünyanın bir çox yerlərində H.Yəhyanın adına çoxlu kitablar çap olunurdu, hətta Azərbaycanda da o kitablar yayılırdı. Onun bir çox təşkilatları öz ideologiyasını ölkəmizə yeridirdilər. Sözsüz ki, bu, dövlət orqanlarının nəzərindən qaça bilməzdi.
Çünki təhlükəli vəziyyət yaranmışdı. Üstəlik, sektanın başçısı Adnan Oktar müxtəlif qeyri-qanuni işlərlə məşğul olub. Dövlət qurumları da buna cavab verməli idilər, amma biz məhkəmə deyilik. Dəfələrlə belə tipdə dini təriqətləri və dini siyasi texnologiyaya çevirən şəxsləri tənqid etmişik. Harun bəy Avropa alimləri, ilahiyyatçıları ilə islamla bağlı tez-tez mübahisə edirdi. Onun islama olan liberal münasibətinə nə qədər tənqidlə yanaşılsa da, o, çoxlu sayda gənclərdə, bir çox hakim ölkələrdə islama marağı oyatmışdı. Amma həqiqəti dövlət qurumları və məhkəmə müəyyənləşdirir.
Ölkəmizdə də Gəncəylə bağlı hadisələr baş verir. Bu da islamla bağlı olan hadisələrdir. Sevindirici hal odur ki, Azərbaycanda bu təriqətlərin tərkibi bir o qədər çox deyil. Belə təriqətlərin nümayəndələri ölkəmizdə var.
Onlar internet telekanalları, saytlar açır, jurnallar, qəzetlər çap edirlər. Amma bizdə dünyəvi təhsil, dünyəvi düşüncə, insanlarımızın xalq cümhuriyyətinin fəlsəfəsinə və demokratiyaya olan inamı bu gün yanlış yolda olan texnologiya tərəfdarlarını arxaya atıb. Sevinirəm ki, bizim gənclərin çoxu bu tipli təriqətlərdən üz çeviriblər”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət