Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Danimarkanın “Politiken” qəzetində Rusiya səfirliyinin nəzdindəki məktəbin şagirdlərinin müharibəyə hazırlaşdırılması ilə bağlı yayılan iddialara sərt reaksiya verib.

Sherg.az xəbər verir ki, Zaxarova jurnalistlərlə keçirdiyi brifinqdə yazını “təxribat” adlandırıb.

O bildirib ki, Qərb Rusiyaya qarşı informasiya müharibəsi aparır və bəzi hallarda faktları təhrif olunmuş formada təqdim edir. Zaxarovanın sözlərinə görə, xarici KİV-lər Rusiyanı və ölkə rəhbərliyini gözdən salmaq məqsədilə əsassız məlumatlardan da istifadə edirlər.