Kılıçdaroğlu: “CHP satın alına bilməz”

CHP sədri Kamal Kılıçdaroğlu partiyanın 103-cü ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edib.

Sherg.az xəbər verir ki, Kılıçdaroğlu CHP-nin heç bir məqam, şəxsi maraq, qorxu və təzyiqlə satın alına bilməyəcəyini bildirib.

“CHP satın alına bilməz. Çünki CHP-nin dəyəri pulla ölçülə bilməz. Bu partiyanın mayasında Kuvayi-Milliyə ruhu, damarlarında Cümhuriyyət, yaddaşında Mustafa Kamal Atatürk, vicdanında isə millət var”, - deyə o qeyd edib.

Kılıçdaroğlu CHP-nin heç kimin şəxsi mülkü olmadığını vurğulayıb: “Bu partiya millətindir, Xalq Partiyasıdır, xalqın partiyasıdır, 85 milyonun partiyasıdır”.

CHP sədrinin sözlərinə görə, partiyanın qapıları gənclər, qadınlar, fəhlələr, fermerlər, təqaüdçülər və elm adamları daxil olmaqla, Türkiyənin bütün vətəndaşlarının üzünə açıq olmalıdır.

Kılıçdaroğlu çıxışının sonunda “Yaşasın Cümhuriyyət, yaşasın Türkiyə Cümhuriyyəti, yaşasın tam müstəqil Türkiyə, yaşasın CHP!” deyib.