Ağdaş sakini kanalda boğuldu
Ağdaşda bir nəfər su kanalında batıb."Sherg.az"ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Dəhnəxəlil kəndində 1 nəfərin su kanalında batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.