“Ağlaşma obrazı yaratmayacağıq”





Milli Məclisdə Xocalı soyqrımının 25 illiyi ilə bağlı müxakirələr keçirilir. 

Sherg.az-ın xəbərinə görə müzakirələr zamanı spiker Oqtay Əsədov deyib ki, Azərbaycan güclü dövlətdir: 

"Biz torpaqlarımızı işğaldan azad etməyə qadirik. İndi bəziləri erməni obrazı deyir. Erməni obrazı nədir? Atalar deyib ki, arxalı köpək qurd basar. Zaman da göstərdi ki, bizim özümüz-özümüzə dayağıq. Ağlaşma obrazı yaratmayacağıq”.