Ailə dəyərləri dağılır, hamı susur
16:17 27.01.2018
Arxiv
1049
Gənc qızın müəlliminə qoşulub qaçması biabırçılıqdır
Goranboyda rəqqasə olmaq istəyən 16 yaşlı qızı 31 yaşlı rəqs müəllimi qaçırıb. Humay Cəlilova yanvarın 2-də paltar və sənədlərini götürərək evdən çıxıb və naməlum istiqamətə yollanıb.
Humayın valideynləri Mətanət və Canpolad isə qızın tapılması üçün Xoşqədəm Hidayətqızının "Səni axtarıram” verilişinə müraciət edib.
Araşdırmalar zamanı məlum olub ki, Humay 31 yaşlı rəqs müəllimi Orucun evindədir. Humay yanvarın 2-dən bu günə qədər müəllimlə birgə yaşayır. Son vaxtlar cəmiyyətdə bu cür xoşagəlməz hallar baş alıb gedir.
Hər kəsi düşündürən isə bir məsələ var. Belə hadisələrin baş verməsinə səbəb nədir? Sosioloq Əhməd Qəşəmoğlunun "Şərq”ə açıqlamasına görə, cəmiyyətdəki neqativ halların qarşısını almaq üçün insanların maariflənməsinə böyük ehtiyac var.
"Buna bənzər hadisələri tez-tez eşidirik. Azərbaycan xalqının hər zaman tənqidi olaraq yanaşdığı belə xoşagəlməz məsələlər daim ortaya çıxmaqdadır. Bizim ümumi davranışımıza, əxlaqımıza, ənənələrimizə uyğun gəlməyən hadisələrin sayı çoxalır. Sual yaranır ki, niyə bu cür hallar baş verir? Əvvəla onu deyim ki, qloballaşma prosesində biz bəzi qabaqlayıcı işlər görməliyik, amma onları görmürük. Hər hansı bir müəssisədə dəzgahda işləyəndə, qabaqcıl idarələr əvvəlcə təhlükəsizlik qaydalarını öyrədirlər. Məsələn, bir işçi gedib xarici təşkilatlarda işləsə, ona bir gün təhlükəsizlik tədbirləri haqqında təlimlər keçəcəklər. Qloballaşma prosesinin belə sürətlə getdiyi bir vaxtda burda da təhlükəsizlik məsələləri ön planda olmalıdır, bu sahəni elmi əsaslarla hazırlayan institutlarımız olmalıdır. Təəssüf ki, bu yoxdur. Bu xoşagəlməz əlamətlərin hamısı simptomlardır ki, dərindən xoşagəlməyən xəstəlik formalaşır.
Bu zaman da cəmiyyətdə daha çox xoşagəlməz hallar olur. Bununla bağlı bir çox təşkilatlarla maarifləndirici işlər görülməlidir. Bu işlərin görülməsi üçün də konkret şəkildə razılaşdırılmış mütəxəssislərlə humanitar siyasət lazımdır. Təəssüf ki, bu məsələlərə o qədər də ciddi diqqət yetirilmir. Cəmiyyətdə özbaşınalıq sindromu get-gedə inkişaf etməkdədir. Çox çalışmalıyıq ki, gənclərimizə azadlığın özbaşınalıq olmadığı ilə bağlı fikirləri aşılayaq.
İnsan o vaxt azaddır ki, öz təyinatına uyğun imkanları çox olsun. İmkanlar çox olanda insan daha azad olur. Ölkədə ailə, müəllim-tələbə məsələlərində xaotik bir vəziyyət yaranıb. Buna ciddi şəkildə, sivil yollarla müdaxilə etmək lazımdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual