Ali məktəblərə qəbul imtahanları niyə iki dəfə keçiriləcək? - RƏSMİ
12:53 10.02.2017
Arxiv
700
"Artıq bu ildən etibarən abituriyentlərə ali məktəblərin bakalavriat pilləsinə qəbul imtahanlarında iki dəfə iştirak etmək şansı verilib. Bu, yalnız I, II, III, IV ixtisas qruplarına aiddir, V ixtisas qrupunun abituriyentlərinə aid deyil".
Bunu Lent.az-ın CANLI YAYIMINDA qonaq olan Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib.
Onun özlərinə görə, artıq bir neçə ildir qəbul imtahanları əvvəlki və cari ilin məzunları üçün ayrıca keçirilirdi.
Bəzən əvvəlki illərin məzunları müraciət edirdilər ki, bu ilin məzunları ilə birlikdə imtahanda iştirak eləsinlər. Bundan başqa hər bir imtahanın həyəcanı var. Bütün abituriyentləri üçün ikinci şansın yaranması faydalı addımdır. Ola bilər kimsə birinci imtahanda özünü toparlaya bilməsin, onun üçün ikinci şans yaradılır.
Burada əsas şərtlərdən də biri odur ki, abituriyentlər hər iki imtahanda eyni ixtisas qrupunu seçməlidirlər. Digər ixtisas qrupunu seçməyə icazə verilmir".
Xanlar Xanlarzadə imtahanların iki dəfə keçirilməsinin DİM-in maliyyə probləri ilə əlaqədar olması barədə səslənən fikirlərlə razılaşmayıb: "Bizim hər hansı maliyyə problemimiz yoxdur. TQDK mərkəzi icra hakimiyyəti orqanı idi və dövlət büdcəsindən vəsait ayrılırdı. DİM isə publik hüquqi şəxsdir, xidmət göstərən təşkilatdır. Bu imtahanlar ödənişlidir və sifariş əsasında olur. Ona görə də bu məsələni həər hansı maliyyə çətinliyi ilə əlaqələndirmək düz olmazdı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi