Alişan 2 milyonluq təzminat davası açdı - FOTO


Müğənni Alişan onu uğursuz liposaksiya əməliyyatı edən həkimi məhkəməyə verib.

Musavat.com xəbər verir ki, o, bu haqda aparıcısı olduğu verilişdə deyib.
Sənətçi bildirib ki, əməliyyatdan 2 il zaman keçsə də, hələ də özünə gələ bilməyib və bədənində şişlər qalıb.

Buna görə də Alişan onu əməliyyat edən həkimi məhkəməyə verib. Sənətçi yaxın dostu olduğu deyilən tibb işçisindən 2 milyon lirə (təxminən 430 min manat) təzminat tələb edir.