Alpinistlərin axtarışına dronlar niyə cəlb edilməyib?
12:09 22.02.2018
Arxiv
1226
Ötən ilin dekabrında Tufandağda itkin düşmüş alpinistlərin axtarışları təəssüf ki, nəticə vermir. Baxmayaraq ki, alpinistlərin axtarışı üzrə Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış xüsusi Əməliyyat Qərargahı 2 aya yaxındır fasiləsiz fəaliyyət göstərir.
Bir müddət öncə axtarışların dayandırıldığına dair xəbərlər yayılmağa başlamışdı. Bildirilirdi ki, sərt iqlim şəraitində, qar uçqunu baş vermiş bir ərazidə insanların sağ qalması ehtimalı sıfıra bərabərdir.
Lakin Əməliyyat Qərargahı yayılan xəbərlərin əsassız olduğunu, axtarışların davam etdirildiyini bildirdi. Bu günlərdə Qərargahdan yenə məlumatlar gəldi və qeyd olunurdu ki, axtarış-xilasetmə işləri kəskin hava şəraitinə baxmayaraq dayandırılmayıb: «Axtarış-xilasetmə işləri mürəkkəb relyefli yüksək dağ massivində, çətin meteoroloji şəraitdə FHN-nin xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindnə aparılır. Son günlər hava şəraiti kəskin pisləşib, temperatur düşüb, qar yağıb. İntensiv yağan qar səbəbindən axtarışların aparıldığı ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmız işlərin aparılması daha da çətinləşib. Bütün bunlar nəzərə alınaraq axtarış-xilasetmə işləri məhdudiyyətlə, lakin fasiləsiz aparılır».
Axtarışlara dronlar niyə cəlb edilməyib?
Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD - Afet və Acil Durumlar) İstanbul şöbəsində çalışan azərbaycanlı xanım Fidan İsmixanova Modern.az saytına açıqlamasında itkin düşmüş alpinistlərin axtarışlarına da toxunub və dronların axtarışlara cəlb edilmədiyini vurğulayıb:
- Hər axtarışın öz peşəkar komandası olmalıdır. Məncə, alpinistlərin tapılmaması düzgün qurulmayan işin nəticəsidir. Hadisə burda baş versəydi, o axtarışa çıxan əməkdaşlar rəsmi olaraq hesabat verməli idilər. Dronlarla ilk gündən axtarış olmalıydı.
Demək ki, Azərbaycanda dağlarda arama-qurtarma ilə məşğul olan əməkdaşlar tam peşəkar deyillər. Ya o ərazinin planını bilmirlər və ya xüsusi plan xəritəsi çıxara bilməyiblər.
Düzgün axtarış təyin edilməyibsə, nəticə müsbət ola bilməz. Çox güman ki, alpinistlərin üzərinə qar uçqunu düşüb. O uçqunu müəyyən edən dağçılar olmalıdır. Çox səbəb var. Mən orda olmadığım üçün tam deyə bilmirəm. Buradan mühakimə etmək ədalətsiz qərar olar. Amma mütləq bir qeyri-peşəkarlıq var. Bunun üçün də Azərbaycanın FHN işçiləri dağ təlimi almalıdırlar.
Alpinizm hədsiz maraqlı və hədsiz təhlükəli peşədir
Qeyd edək ki, rusiyalı alpinist Aleksandr Kuznetsov Elbrus zirvəsində itkin düşmüş belorusiyalı alpinistlərin axtarışları aparıldığı vaxt rusiyalı qocaman alpinist Aleksandr Kuznetsov bu işin çətinliyindən danışmışdı: «Dağa çıxmağa hazırlaşan və qarşısına məqsəd qoyan alpinistin bilməli olduğu bir neçə vacib məsələ var; birincisi, alpinist mütləq həkim müayinəsindən keçməli və sağlamlığına tam əmin olmalıdır. İkincisi, alpinistlər mütləq sığorta şirkəti ilə əlaqə yaratmalı və sığortalanmalıydılar. Üçüncüsü, alpinistlər axtarış-xilasetmə dəstəsinin tərkibində qeydiyyata düşməliydilər.
Bunun nə əhəmiyəti var, soruşursunuzsa, axtarış-xilasetmə dəstələrindən hava barədə dəqiq proqnozlar almaq olur, onlar alpinistlərə yamaclardakı vəziyyəti də bildirirlər, həmin marşrutla hərəkət edən digər dəstələr barədə də məlumatlı olurlar. Alpinizmlə məşğul olmağa hazırlaşanlar hər şeydən əvvəl ağırlıq daşıma qabiliyyətinə yiyələnməlidir. Çünki dağa çıxarkən, yamaclarla üzü yuxarı qalxarkən ən çətin iş kürəkdəki yol çantasını daşımaqdır. Alpinist hər gün idmanla məşğul olmalı, əzələləri möhkəmləndirən fiziki hərəkətlər etməlidir. Əzələ alpinistin ən sadiq köməkçisidir. Bir də, ruhi vəziyyətin yüksək olması vacibdir.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm