Ankaranı silkələyən iddia: Şikayəti gizli adla Kamal Kılıçdaroğlu edibmiş





Türkiyənin ana müxalifəti sayılan Cümhuriyyət Xalq Partiyasında ayrıca Araşdırma Komisiyası yaradılıb. Komissiya Fətullah Gülən camaatı ilə bağlı aparılan istintaq prosesində zərərçəkən şəxslərə yardım etmək məqsədi daşıyır. Daha doğrusu "Sözcü” qəzetinin əməkdaşı Zeynəb Gürcanlının iddiasına görə, CHP sədri Kamal Kılıçdaroğlu komissiyanın necə işlədiyini öyrənmək üçün şəxsiyyətini gizlədərək quruma şikayət edib: "Aldığım məlumata görə, Kılıçdaroğlu başqa adla komissiyaya şikayət ünvanlayıb. Onun məqsədi qurumun çalışıb-çalışmadığını yoxlamaq olub. Ancaq partiya sədri gözlədiyi müsbət reaksiyanı almayıb. Komissiyadan Kılıçdaroğluna "qısa vaxt ərzində sizinlə əlaqə saxlayacağıq” desələr də, partiya sədrinə zəng edən olmayıb. Bu səbəbdən Kılıçdaroğlu CHP-nin müvafiq orqanlarında məsələ qaldırıb”. Gürcanlı daha sonra yazısına belə davam edib: "Hərbi çevriliş cəhdindən sonra genişmiqyaslı istintaq başlayıb. Prezident Ərdoğanın "at izi it izinə qarışdı” ifadəsindən də görünür ki, bəzi hallarda FETÖ şəbəkəsi ilə əlaqəsi olmayan şəxslər ittihama, təzyiqə məruz qalırlar. Zərər görən insanları ən çox gündəmə gətirən, müdafiə edən isə məhz CHP sədri Kamal Kılıçdaroğludur”.

İsmayıl