Astma xəstəliyinin iki dövrü var
09:08 21.09.2018
Arxiv
871
Gərək xəstələr özləri problemlərinə biganə qalmasın
Bərdədə hamilə qadın dünyasını dəyişib. Qadının astma xəstəsi olduğu bildirilir. Məlumata görə, Rüstəmova Hicran Qənimət qızı qəfil boğulduğu üçün astma qəlyanından istifadə edib. Lakin qəlyanın ona heç bir faydası olmayıb.
H.Rüstəmovanın valideynləri isə qızlarının zəhərlənərək öldürüldüyünü iddia edirlər. Həkimlərin rəyinə görə, 6 aylıq hamilə olan gəlin xəstəliyi ilə bağlı olaraq kəskin böhran keçirib. Nəticədə xəstəliyin fəsadlarına tab gətirməyərək dünyasını dəyişib.
Astmadan əziyyət çəkən qadınlar üçün hamiləliyin ciddi risk faktoru olduğu danılmazdır. Əvvəllər ağır formada astma xəstəliyi olan qadınlara hamilə qalmaq tövsiyə edilmirdi. Müasir tibdə isə astma xəstəliyinin müalicə prinsipləri xeyli dəyişilib. Hazırda belə hesab olunur ki, astma xəstəliyi olan hamilə qadının problemi xəstəliyin mövcudluğu ilə deyil, bu xəstəliyə düzgün olmayan və ya kifayət etməyən nəzarətlə bağlıdır.
Hadisə ilə bağlı "Şərq”ə danışan həkim Şahvələd Məmmədov astma xəstəliyinin tutma və tutmadan sonrakı dövrlərinin olduğunu deyib. O bildirib ki, tutmadan qabaqkı dövr "aura dövrü” hesab olunur və bu zaman xəstə tənəffüs yollarında xırıltı əmələ gəldiyini hiss edir:
"Yəqin ki, qadında ağır tənəffüs çatışmazlığı olub. 6 aylıq hamilə qadının belə böhran keçirməsi təbii ki, çox çətin bir prosesdir. Görünür, baş verənlərdə müəyyən səhlənkarlıq olub. Xəstə tənəffüs yollarında yüngül ağırlıq hiss edən kimi mütləq həkimə müraciət etməli, ağır dərəcəyə gəlməməli idi.
Əgər qadın tutma dövründə dünyasını dəyişibsə, burda xəstə səhlənkarlığı da ola bilər. Bəzən xəstələr özləri məsuliyyətsizlik edirlər, vaxtında lazım olan müayinələrdən keçmirlər. Hər halda baş verənlər dəqiq araşdırıldıqdan sonra həkim, ya xəstə səhlənkarlığı olduğunu demək mümkündür”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya