Avropa birliyi ləğv olunur ? - ASİM MOLLAZADƏ İZAH EDİR




"Avropa birliyinin dağılması haqqında ciddi təhlükə yoxdur”.

Bunu Sherg.az-a Avropa Birliyinin mövcudluğunun təhlükə altında olması haqqında müzakirələrə münasibət bildirərkən millət vəkili Asim Mollazadə deyib. O bildirib ki, birlikdə sadəcə zəruri islahatların aparılmasına ehtiyac var:

"Çünki Brüsseldə formalaşan bürokratik struktur çox ölkələrlə münasibətlərdə problemlər yaradır. Zənnimcə, bu dəyişikliklər olmasa, Avropa Birliyinin idarə edilməsində gərginlik arta bilər. Böyük Britaniyanın təşkilatı tərk etməyi çox ciddi siqnaldır. Bundan nəticə çıxarılaraq, AB-nin dəyişməsinə, siyasətinin yenilənməsinə böyük ehtiyac yaranır”.

Qeyd edək ki, amerikalı milyarder Corc Soros Brüssel İqtisadi Forumunda çıxışı zamanı ittifaqın yenidən qurulmalı olduğunu deyib. O bildirib ki, keçmiş, yəni buraxılan səhvlər dəyərləndirilməlidir.

Aysel Aslan