Avropadakı azərbaycanlı xanımlardan Akopyanın silahlı fotosessiyasına ETİRAZ
08:30 14.09.2020
Arxiv
465
“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi işğalçı Ermənistanın baş nazirinin xanımı Anna Akopyanın əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ bölgəsində qanunsuz hərbi təlimlərdə iştirak etməsinə və səngərdə uzanaraq avtomatla Azərbaycan mövqelərini nişan aldığını göstərən fotolar yaymasına kəskin etirazını bildirib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.
Birliyin sədri Mayisə Ağamirzəyevanın imzası ilə beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda faşist mahiyyətli Ermənistanın 30 ildir Azərbaycan ərazisi olan Dağlıq Qarabağı işğal altında saxladığı, beynəlxalq təşkilatların və dünyanın aparıcı dövlətlərinin bu faktı etiraf etdiyi, amma rəsmi İrəvanın dünya birliyinin “azad et!” tələbinə məhəl qoymadığı, sülh yolu ilə münaqişəni həll etməyə cəhdlər göstərən Azərbaycanın təmas xəttində və dövlət sərhədində təxribatlar törətdiyi, iyul döyüşləri zamanı bütün dünyanın bir daha Ermənistanın məkrli xislətinə şahid olduğu vurğulanıb.
Bəyanatda qeyd edilib ki, Anna Akopyan Tovuz təxribatını ərinin başçılıq etdiyi hökumətin başlatdığını unutdurmaq üçün “sülhpərvər dona” bürünərək Azərbaycan analarına müraciət edirdi.
“2018-ci ildə özünü regionda sülhün müdafiəçisi kimi təqdim edən və “Sülh uğrunda qadınlar” kampaniyasına azərbaycanlı qadınları da dəvət edən Anna Akopyanın son görüntüləri, qadınları silahlardan istifadə etməklə qonşu ölkənin torpağı olan Dağlıq Qarabağı müdafiəyə dəvət etməsi Ermənistan dövlətinin ikiüzlü xarici siyasətindən xəbər verir. Əgər Ermənistanda qadınlar da müharibəyə hazırlaşırlarsa, bu ölkənin sülh istəməsinə necə inanmaq olar?”, - deyə sual edilib.
Birlik hesab edir ki, hazırda Azərbaycan və Ermənistan dövlət sərhəddində və təmas xəttində xüsusi zorakılıq halları müşahidə olunmasa da, narahatedici məqamlar hələ də mövcuddur və son zamanlar sosial şəbəkələrdə, dünya mətbuatında yayılan görüntülər bu narahatlığı daha da gücləndirir.
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həllini tələb edən birlik bəyan edib ki, Ermənistan Azərbaycanın mülki vətəndaşlarına qarşı hərbi hücumlarını dayandırmalı, BMT-nin Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarını yerinə yetirərək Azərbaycanın işğal olunmuş ərazilərini dərhal tərk etməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
02:12 08.08.2026
Region
Ebola virusuna yoluxanların sayı 4000-i keçib
01:40 08.08.2026
Sağlamlıq
Maskdan Ukraynaya pis xəbər: İcazə verilmədi...
01:21 08.08.2026
Dünya
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya