AZAL-ın Ukraynaya uçuşu dayandırması müvəqqətidir
07:41 02.08.2018
Arxiv
739
"Bunun özəlləşdirmə məsələsi ilə heç bir əlaqəsi yoxdur”
"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Ukraynaya hava uçuşlarını oktyabrın sonuna qədər dayandırıb. Bu barədə AZAL-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Yaşar Əmirov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti olan "Buta Airways”in isə sentyabrın ortalarından Ukraynaya reyslərinin sayının artırılacağı gözlənilir.
Hazırda isə "Buta Airways” həftənin çərşənbə axşamı, çərşənbə və cümə günləri Bakı-Kiyev-Bakı reysini həyata keçirir. Y.Əmirov bildirib ki, noyabrdan AZAL-ın Ukraynaya uçuşlarının bərpası məsələsinə yenidən baxıla bilər.
Qeyd edək ki, Avropa İttifaqı bu yaxınlarda AZAL-ın özəlləşdirilməsi ilə bağlı təklif verib. Maraqlıdır, uçuşların dayandırılmasına səbəb Aİ-nın təklifi olar bilərmi, yoxsa ortada başqa bir səbəb var?
Məsələ ilə bağlı "Şərq”ə danışan AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Ukraynaya olan uçuşların dayandırılmasına səbəb olaraq "Buta Airways”in uçuş sayını artırmasını qeyd edib: "Ukraynaya olan uçuşlar təxirə salınsa da, bu hal müvəqqətidir. Uçuşların dayandırılmasının AZAL-ın özəlləşdirilməsi ilə bağlı heç bir əlaqəsi yoxdur. Oktyabr ayından etibarən Ukraynaya uçuşlar yenidən bərpa olunacaq”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq