"Azərbaycan dili imtahanından DİM-in qazancı 66280 manatdır"
11:22 02.04.2017
Arxiv
1004
"Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2017-ci il martın 16-dan aprelin 10-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır. Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respubli-kasının qanununa əsasən Azərbaycan dili fənnindən test imtahanı verirlər”.
Bu sözləri Sherg.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycan və rus bölməsi abituriyentlərinin ali məktəb müəssislərinə qəbul qaydasını izah edərkən deyib.
İmtahanın nəticəsinin "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndirildiyini qeyd edən ekspert bu imtahanda abituriyentlərə 30 test tapşırığı təqdim edildiyini deyib:
"Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin "məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
"Azərbaycan dili” fənnindən test imtahanı iki dəfə – 2017-ci il aprelin 9-da Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 11-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçirilir. Aprelin 9-da keçiriləcək imtahanda iştirak etmək istəyən abituriyentlər martın 31-i saat 23:59-dək elektron ərizələrini təsdiq etməlidirlər. Ərizələrini aprelin 1-dən 10-dək təsdiq edən abituriyentlər iyunun 11-də keçirilən imtahanda iştirak edirlər”.
K. Əsədovun sözlərinə görə, martın 31-i saat 23:59-dək ərizələrini təsdiq edən abituriyentlər ilk imtahanda iştirak edə bilmədiyi və yaxud "qeyri-məqbul” aldığı halda, təkrar imtahanda iştirak etmək üçün mayın 20-dən 31-dək dim.gov.az internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir :
"Azərbaycan dili” fənni imtahanından "məqbul” ala bilməyən abituriyentlər müsabiqəyə buraxılmırlar”.
Artıq aprelin 9-da keçiriləcək rus bölməsinin abituriyentlərinin Azərbaycan dilindən qeydiyyatı başa çatdığını deyən ekspert qeyd edib ki, 9 aprel tarixində keçiriləcək imtahanda iştirak edəcək abituriyentlərin sayı 6628 nəfərdir. Ekspert imtahanda iştirak edəcək abituriyentlərin etməli olduğu ödənişlərin məbləğinə də aydınlıq gətirib:
"Bu imtahanda iştirak etmək üçün abituriyentlər 10 manatlarından keçməlidir. Cari ilin məzunlarının bu imtahan xərci dövlət büdcəsindən ödənir. Azərbaycan dili imtahanından DİM-in qazancı 66280 manatdır. Amma əvvəlki illərdə bu imtahanlar ödənişsiz olaraq həyata keçrilirdi. Rus bölməsiabituriyentləri üçün qəbul plan yerinin 4 minə yaxın olduğunu nəzərə alsaq. Onların ali məktəblərə qəbul olma şansının Azərbaycan bölməsindən çox olduğunu görərik. Bu il rus bölməsi üzrə imtahanda iştirak edənlərin sayında əvvəlki illərlə müqayisədə azalmanın olduğunu görmək olar”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol