"Azərbaycan neftininin qiymətinə təsir göstərəcək faktor yoxdur”
09:37 02.08.2018
Arxiv
908
"Dünyada Azərbaycan neftinin qiymətinin ucuzlaşmasına təsir göstərəcək faktor yoxdur”
Bunu "Sherg.az”a Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiymətinin 3,27 dollar və yaxud 4,32 faiz azalmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan neftinin qiymətinin 3, 27 dollar həcmində ucuzlaşmasında təşvişə düşüləcək bir vəziyyət yoxdur:
"Hazırda dünyada xaotik siyasi proseslər gedir deyə qiymətlər bəzən qalxır, bəzən də enir. Amma uzun müddətdir ki, brend markalı neftin qiyməti 73-75 dollar civarlarında sabitləşir. Bu vaxtdan sonra neftin qiymətindəki azalmaları o qədər də çox olmayacaq. Sadəcə qiymətdə cuzi dəyişiklər olacaq.
Hazırda neftin qiymətinin enməsinə ABŞ-ın enerji administrasiyasının açıqladığı hesabat öz təsirlərini göstərir. Beləki, ABŞ-da həftəlik neft ehtiyatları artıb. Neft ehtiyatlarının həftəlik artması bazar birjalarında qiymətlərin azalması ilə nəticələnir. Bu proses əvvəlcədən belədir. Amma dünyada neftin qiymətinə təsir göstərəcək elə bir əsaslı faktor yoxdur”.
Qeyd edək ki, Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 3,27 dollar və yaxud 4,32% azalıb. "Azeri LT CIF" markalı neftin qiyməti 72,48 dollar/barelə bərabər olub. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq