Azərbaycan və Qırğızıstan birgə investisiya fondu yaradacaq
06:56 05.07.2021
Arxiv
466
Azərbaycan və Qırğızıstan müştərək investisiya fondu yaradacaqlar.
"APA-Economics" Qırğızıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, tərəflər bu barədə Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayevin Qırğızıstan nümayəndə heyətinin Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədovla görüşü zamanı razılığa gəliblər.
Görüşdə ikitərəfli münasibətlərin aktual məsələləri müzakirə olunub, müştərək investisiya fondunun yaradılması barədə razılığa gəlinib və Bakı-Bişkek marşrutu ilə birbaşa uçuşların bərpa edilməsi imkanları nəzərdən keçirilib.
Bununla yanaşı, Qırğızıstan paytaxtında Azərbaycan hökumətinin qrantları hesabına istirahət parkının və orta məktəbin tikintisinin başa çatdırılması, həmçinin Bakıda Qırğızıstan ticarət evinin yaradılması ilə bağlı məsələ müzakirə olunub.
Bundan əlavə, R. Kazakbayev və Ə. Əsədov Qırğızıstana COVID-19 əleyhinə peyvənd tədarükü üzrə qarşılıqlı fəaliyyət və əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Qırğızıstan tərəfi görüşdə investisiyaların cəlb edilməsi, korrupsiya və cinayətkarlarla mübarizə, dövlət idarəetməsi və məhkəmə sistemi sahəsində islahatlarla bağlı Azərbaycan təcrübəsinin öyrənilməsinə maraq göstərin. Öz növbəsində, Ə. Əsədov 2021-ci ilin payızında Qırğızıstana səfər etməyə hazır olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq