Azərbaycan və Rusiya arasında səhiyyə sahəsində yeni SAZİŞ
13:13 06.07.2021
Arxiv
494
Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev və Rusiyanın səhiyyə naziri Mixail Muraşko “Səhiyyə və tibb elmi sahəsində yenilənmiş əməkdaşlıq Sazişi”ni imzalayıblar.
Oxu.Az xəbər verir ki, sənəd “Rusiya Federasiyası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında səhiyyə sektorunda əməkdaşlığın prioritet sahələrinin inkişafına dair 2021-2024-cü illər üçün Yol xəritəsi” barədə məlumatları özündə ehtiva edir.
Yol Xəritəsi əməkdaşlıq sahələrini – infeksion və qeyri-infeksion xəstəliklər; tibb işçilərinin ixtisaslarının təkmilləşməsi; tədqiqat institutları arasında birbaşa əlaqələrin qurulması; elmi tibb müəssisələri və icmalar arasında əlaqələrin qurulması və s. əks etdirir.
Bundan əlavə, Sənəddə tədbirlərin keçirilməsi - tibb və əczaçılıq inkişafı sahəsində məlumat mübadiləsi; prioritet sağlamlıq mövzularında seminarlar keçirərək mütəxəssis mübadiləsi və s. əks etdirilib.
Qeyd edək ki, Yol xəritəsi Rusiya Federasiyası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən öz səlahiyyətləri çərçivəsində tərtib edilib. Sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 27 aprel 2021-ci ildə Moskvada imzalanmış 19-cu iclasının Protokolunu həyata keçirmək məqsədi daşıyır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual