"Azərbaycana investisiya yatıran xarici şirkətlər kifayət qədər çoxdur" - Sabitliyin təzahürü
09:54 02.08.2018
Arxiv
884
"Sosial və siyasi sabitlik olmayan ölkədə hansısa uğurdan, inkişafdan danışmaq yersizdir”.
Bunu "Sherg.az”a "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyinin Azərbaycandakı sosial və siyasi sabitliyin ölkə iqtisadiyyatına göstərdiyi müsbət təsirlərdən danışarkən "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
O diqqətə çatdırıb ki, ötən il növbəti "Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması Azərbaycan iqtisadiyyatı üçün mühüm hadisədir:
"Bu, həmçinin dünyanın iqtisadi dislokasiyasına müəyyən mənada təsir göstərən faktordur. Bundan sonra, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması da ölkəmiz və region üçün əhəmiyyətli məsələ kimi tarixdə qaldı. Azərbaycanın belə iri layihələrə ev sahibliyi etməsi, ölkə başçısı İlham Əliyevin təşəbbüsü və dəstəyi olmadan mümkün deyil. Hesab edirəm ki, bütün bu amilləri nəzərə aldıqda Azərbaycan iqtisadi potensialına görə, dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrilib.
Bu iqtisadi imkanlar eyni zamanda sosial proseslərin inkişafına da öz təsirini göstərir. Azərbaycanda əhalinin sosial həyat şəraitinin yaxşılaşması, cəmiyyətin əhval-ruhiyyəsinin müsbət yöndə istiqamətlənməsi növbəti illərdə də daha böyük qlobal maliyyə gəlirlərinin əldə olunmasına təkan verən amildir. Ölkədə siyasi və sosial sabitliyin vacib olduğunu hər bir Azərbaycan vətəndaşı dərk edir. Mənim üçün də ən böyük nemət məhz bu sabitliyin qorunmasıdır.
Hər bir azərbaycanlı əlindən gələni etməlidir ki, ölkəmizdə siyasi sabitlik qorunsun. Azərbaycanda sabitlik möhkəmləndikcə xaricdən təsir etmək istəyən, ermənipərəst qüvvələr də fəallaşır. Bunun qarşısını almalıyıq və Prezident İlham Əliyevin həyata keçirdiyi bütün işlərə vətəndaşlıq mövqeyi nümayiş etdirməli, dəstək olmalıyıq”.
Mövcud olan sosial və siyasi sabitliyin xarici investorların Azərbaycana olan diqqətini artırmasına gəlincə, V. Rəhimzadə vurğulayıb ki, hazırda ölkəmizin imkanları daha genişdir:
"2050-ci ilə qədər uzadılan "Əsrin müqaviləsi”də Azərbaycanın neft şirkətlərinin mənafeyi yüksək faizlə təmin olunub. Ölkəmizin belə layihələrə investisiya qoyması, yatırımlar etməsi digər beynəlxalq şirkətlərin də Azərbaycana maliyyə yatırmasına böyük imkanlar yaradır. Nəticədə bu gün Azərbaycana investisiya yatıran xarici şirkətlər kifayət qədər çoxdur. Ölkəmizdə siyasi sabitlik möhkəmləndikcə, daha çox yatırımlar olacaq. Daxili iqtisadi qurumlar da kifayət qədər uğurlu layihələr keçirməkdə davam edəcəklər”.
Qeyd edək ki, Qeyd edək ki, "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyinin proqnozlarına əsasən Azərbaycanda mövcud olan geniş sosial və siyasi sabitlik davam edəcək. Agentlik proqnozlaşdırır ki, Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq. Agentliyin rəyinə görə bu, neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq