Azərbaycanda buna əks mövqe sərgilənirsə, nə üçün hər hansı məmur, nazir ölkədə müalicə olunmur? Onlar öz dərmanlarını xaricdən gətirirlər. Azərbaycanda satılan dərmanların keyfiyyətinə inanmır.
"Azərbaycana xaricdən vaxtı keçmiş dərmanlar gətirilir" - ŞOK İDDİA
13:59 16.11.2017
Arxiv
850
Sərdar Cəlaloğlu: " Bir məmur çıxsın desin ki, mən Azərbaycanda müalicə olunmuşam, dərman almışam. Səhiyyə xidmətinə cavabdeh şəxslər belə xaricdə müalicə olunur"."Dünyada səhiyyə xidmətlərinə dövlət büdcəsindən ən az pul ayıran ölkələrdən biriyik. Adambaşına illik səhiyyə xidmətləri üçün 30 manata yaxın pul ayrılır"
Azərbaycanda buna əks mövqe sərgilənirsə, nə üçün hər hansı məmur, nazir ölkədə müalicə olunmur? Onlar öz dərmanlarını xaricdən gətirirlər. Azərbaycanda satılan dərmanların keyfiyyətinə inanmır.
"Dərmanlar və yanlış müalicə insan həyatı üçün təhlükəlidir. Ona görə, ABŞ öz maraqlarını qorumaq məqsədilə vətəndaşlarını Azərbaycanda tibbi proseduralarla bağlı xəbərdarlıq edib”.
Bu sözləri "Sherg.az”a ABŞ Dövlət Departamentinin Azərbaycana səfər edən vətəndaşlarına burada əməliyyat olunmamaq və apteklərdən dərman almamaq barədə tövsiyəsinə münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu söyləyib.
Onun qənaətincə, dünyada səhiyyə xidmətlərinə dövlət büdcəsindən ən az pul ayıran ölkələrdən biriyik:
"Adambaşına illik səhiyyə xidmətləri üçün 30 manata yaxın pul ayrılır. Halbuki bu, bəzi ölkələrdə 300 manat, hətta 3 min dollar civarında dəyişir. Dünyanın bütün ölkələrində vaxtı keçmiş, keyfiyyətsiz dərmanların hamısı Azərbaycana gətirilib, satılır. Bu isə xeyirdən çox ziyan verir. Həmin iki şərti nəzərə alan xarici ölkələr bəyanat verirlər ki, Azərbaycanda nə müalicə olunun, nə də dərman alın. Azərbaycanda səhiyyə sisteminin vəziyyəti dərman satışındakı korrupsiya halları ilə bağlıdır.
Azərbaycanda buna əks mövqe sərgilənirsə, nə üçün hər hansı məmur, nazir ölkədə müalicə olunmur? Onlar öz dərmanlarını xaricdən gətirirlər. Azərbaycanda satılan dərmanların keyfiyyətinə inanmır.Hətta Amerika Dövlət Departamenti deyə bilərdi ki, Azərbaycan məmurları öz ölkəsində müalicə olunmur, dərman almır. Bir məmur çıxsın desin ki, mən Azərbaycanda müalicə olunmuşam, dərman almışam. Səhiyyə xidmətinə cavabdeh şəxslər belə xaricdə müalicə olunur".
Qeyd edək ki, Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə bunun ABŞ Dövlət Departamentinin öz seçimi olduğunu söyləyib. E.Ağayevin sözlərinə görə, hər bir halda Azərbaycanda yaşayan ABŞ və digər ölkələrin vətəndaşları Azərbaycanın səhiyyə sistemindən faydalanırlar.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə