“Azərbaycançılıq və müasir dövrün çağırışları” mövzusunda tədbir... - Foto
13:19 31.07.2019
Arxiv
573
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi ŞurasıQaxda “Azərbaycançılıq və müasir dövrün çağırışları”mövzusunda tədbir keçirib. Tədbirdə yerli QHT, media, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
"Sherg.az" xəbər verir ki, Qaz Rayon İcra Hakimiyyətlərinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Orxan Səmədov çıxış edərək Şura tərəfindən keçirilən tədbirin əhəmiyyəti və rayonun ictimai-siyasi həyatında oynadığı roldan danışıb.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxışında Azərbaycan Respublikası Prezidentinin ölkənin hərtərəfli inkişafı istiqamətində apardığı siyasətdən, digər sahələrlə yanaşı vətəndaş cəmiyyətinin inkişafına göstərilən dövlət dəstəyi, bu istiqamətdə Şuranın gördüyü işlər və tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verib.
Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin bölgə üzrə nümayəndəsi Qalib Nəbiyev regionda fəaliyyət göstərən QHT-lər, vətənpərvərliyin təbliği istiqamətində həyata keçirilən layihələr, yerlərdə QHT fəaliyyətinin əhəmiyyəti və dövlət qurumları ilə əməkdaşlıq məsələləri barədə məruzə ilə çıxış edib.
Tədbirdə regionlarda bəzi radikal dini cərəyanların qanunsuz fəaliyyəti, Azərbaycan vətəndaşlarının, xüsusilə gənclərin dünya görüşünə göstərdiyi mənfi təsirləri və həmin cərəyanlarla mübarizədə yerli QHT-lərin üzərinə düşən vəzifələrə bğlı geniş müzakirələr keçirilib.
Tədbirdə Şuranın dəstəyi ilə hazırlanmış və Zaqatala rayonundan olan şəhidlərə həsr olunan “Zirvədəkilər” qısa metrajlı bədii-sənədli filmi nümayiş olunub. Film iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və belə layihələrə verdiyi dəstəyə görə Şuraya təşəkkürlərini bildiriblər.Tədbir iştirakçıların fəal və maraqlı çıxışları ilə davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
02:02 01.10.2026
Cəmiyyət
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi
01:43 01.10.2026
Maraqlı
ABŞ general və admiralların 20 faizini ixtisar edəcək
01:21 01.10.2026
Dünya
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial