Azərbaycanda 2 nəfəri ilan sancdı


Sumqayıtda 2 nəfəri ilan sancıb.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Yaşma" yaşayış massivində qeydə alınıb. Belə ki, həyət evində təsərrüfat işləri ilə məşğul olan 1972-ci il təvəllüdlü Sübhan Ağamalıyev və 1993-cü il təvəllüdlü Orxan Ələkbərlini ilan sancıb.
Hər iki şəxs Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Onlara zəhər əleyhinə zərdab vurulub və Bakıya göndəriliblər.