Azərbaycanda 25 yaşlı gəlinin qayınatasını bıçaqlamasının TƏFƏRRÜATI
07:04 14.09.2020
Arxiv
534
Dünən Astara rayonunda qayınatanın gəlini tərəfindən bıçaqlanması hadisəsinin təfərrüatı məlum olub.
Publika.az xəbər verir ki, Astara Rayon Polis Şöbəsində aparılan ilkin araşdırmalar zamanı Maşxan kəndində 1960-cı il təvəllüdlü Axundov Nadir Mirzəmməd oğlunun gəlini, 25 yaşlı Aysel Axundova tərəfindən ailə-məişət münaqişəsi zəminində bıçaqlanması üzə çıxıb.
Belə ki, bir neçə il əvvəl ailə quraraq Şahağaçı kəndindən Maşxan kəndinə gəlin köçən Ayselin bir müddət sonra ailədaxili münasibətlərində problem yaranıb, gəlinlə həyat yoldaşının valideynləri arasında tez-tez münaqişələr baş verib.
Təxminən iki ay əvvəl A.Axundova azyaşlı körpəsini götürərək atası evinə qayıdıb. Bundan sonra onun qohumları Maşxan kəndinə gələrək gənc ailənin yaşaması üçün yeni tikilmiş evi sökməyə çalışıblar. Qızın qohumları evin onların maddi dəstəyi ilə tikilməsini və Ayselə burada dinclik verilməməsini əsas gətirərək tikilini dağıtmaq istəyiblər.
Həmin vaxt qonşuların müdaxiləsi ilə münaqişə yatırılıb. 10-15 gün əvvəl isə 25 yaşlı gəlin atası evindən həyat yoldaşının yanına qayıdıb. Lakin münasibətləri qaydaya salmaq yenə mümkün olmayıb. Vaxtaşırı spirtli içki qəbul etdiyi bildirilən Nadir Axundovun gəlini ilə növbəti münaqişəsi kişinin kürəyindən bıçaqlanması ilə nəticələnib.
Ötən gecə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Nadir Axundov orada əməliyyat olunub.
Hadisəni törədən 1995-ci il təvəllüdlü Aysel Kazım qızı Axundova isə polis tərəfindən saxlanılıb.
Faktla bağlı açılmış cinayət işinin istintaqı davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
02:12 08.08.2026
Region
Ebola virusuna yoluxanların sayı 4000-i keçib
01:40 08.08.2026
Sağlamlıq
Maskdan Ukraynaya pis xəbər: İcazə verilmədi...
01:21 08.08.2026
Dünya
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya