Azərbaycanda "Facebook" istifadəçilərin fəallığı artıb
11:15 19.08.2021
Arxiv
399
Bu ilin iyul ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı iyun ayı ilə müqayisədə 16,1 faiz bəndi artıb.
"APA-Economics"in "Global Stats" statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, avqustun 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 39,1% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 0,7 faiz bəndi çoxdur. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutub.
Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Twitter" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı iyul ayı ərzində 10,3 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin avqust ayının 1-nə 29,2% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 25,1 faiz bəndi çoxdur.
Bu ilin iyul ayı ərzində ölkə üzrə "Pinterest" şəbəkəsinin istifadəçilərinin fəallığı 3,7 faiz bəndi azalıb. Avqustun 1-nə olan məlumata görə, "Pinterest" Azərbaycanın sosial media bazarında 10,7% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz bəndi azdır.
Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "YouTube" – 9,76%, "Instagram" – 6%, “Tumblr” – 2,9%, "VKontakte" – 0,9% və s.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur