Azərbaycanda koronavirus vaksinasiyası ödənişli olacaq? - RƏSMİ 

“Azərbaycanda vaksinasiya pulsuz keçiriləcək”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
Nazir müavini əlavə edib ki, hazırda ölkədə vaksinasiya strategiyası hazırdır və hökumət tərəfindən qəbul edilməlidir. 
O qeyd edib ki, bununla bağlı risk qrupları müəyyən olunub.