Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-prisinin sprint yarışı başa çatıb.
Teleqraf xəbər verir ki, 21 dövrəlik yarışın qalibi “Dams Lukas Oil" komandasının pillotu Dino Beqanoviç olub.
***
08:15
Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-prisinin sprint yarışına start verilib.
Teleqraf xəbər verir ki, mübarizə saat 08:15-də başlayıb.
Pilotlar 21 dövrəlik yarışda finişə birinci çatmaq üçün mübarizə aparırlar.
Qeyd edək ki, Bakı Qran-prisinə sentyabrın 26-da keçiriləcək əsas yarışla yekun vurulacaq.